• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə intihara cəhd edən müəllimi təhsil şöbəsinin müdiri tapa bilmir

Gəncədə intihara cəhd edən müəllimi təhsil şöbəsinin müdiri tapa bilmir
23.06.2022 10:07
Gəncədə İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva dərman içərək intihara cəhd edib. Bu barədə APA agentliyi məlumat yayıb.
 
Məlumata görə, direktor Gəncədə xəstəxanalardan birində müalicə alır və vəziyyəti kafidir.
 

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov anews.az-a açıqlamasında bildirib ki, direktorun hansı səbəbdən intihara cəhd etməsi səbəbləri məlum deyil.
 
"Hazırda məktəb direktoru Gəncədə yerləşən xəstəxanların birində müalicə alır. Onun vəziyyətinin kafi olduğu bildirilir. Məsələ araşdırıldıqdan sonra nəticə barəsində məlumat veriləcək"-, Qasımov bildirib.
 
Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev məsələ ilə bağlı anews.az-a açıqlamasında deyib ki, onlar xəbəri mediadan eşidiblər və hazırda həmin müəllimi axtarırlar.
 
"Hazırda həmin müəllimi xəstəxanalarda  axtarırıq. Ancaq  tapa bilmirik. Biz də xəbər saytlarından əldə etdik məlumatı"- Qədiməliyev söyləyib.
 
Hürrüyyət.az-a daxil olan məlumata görə uzun müddətdir Mətanət Qarayevanı öz ərizəsi ilə istefaya göndərmək istəyən Anar Qədiməliyev, bu niyyəti baş tutmadığı üçün bu gün səhər saatlarında direktora zəng vuraraq onu təhqir edir. Təhsil İdarəsinin müdirinin bu hərəkətindən əsəbləşən Mətanət Qarayeva iş otağındaca çoxlu sayda dərman içərək, öz həyatına qəsd etmək istəyib.
 
Gülnar Nazimqızı 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol