Rusiya-Ukrayna müharibəsi dünyanın qida təhlükəsizliyinə təhdid yaradıb- Nazir

Rusiya-Ukrayna müharibəsi dünyanın qida təhlükəsizliyinə təhdid yaradıb, bunu Bankın Azərbaycan üzrə rəhbəri Samir Şərifov iyunun 23-də keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 24-cü illik toplantısında deyib.
"Qara dənizdə logistika problemləri də ortaya çıxıb. Hazırda beynəlxalq maliyyə institutları üçün vəziyyət analiz etmək çox vacib rol oynayır. Azərbaycanın adından banka istənilən dəstəyi göstərməyə tam hazır olduğumuzu bildirmək istəyirəm", - nazir deyib.
www.anews.az

Nazir vurğulayıb ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı COVID-19 pandemiyasının yaratdığı çətinliklərindən uğurla keçdi.
Bu gün, iyunun 23-də Bakıda maliyyə naziri, QDTİB-nin Azərbaycan Respublikası üzrə təmsilçi direktoru Samir Şərifovun sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 24-cü İllik Toplantısı öz işinə başlayır.
Toplantıda QDTİB-yə üzv dövlətlər - Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın bank üzrə təmsilçi direktorları iştirak edir. Rəhbərlər Şurası Bankın fəaliyyətini qiymətləndirərək 2021-ci il üzrə maliyyə hesabatlarını təsdiq edəcək. İclasda üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların və potensialın daha da genişləndirilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi kimi məsələlər də diqqət mərkəzində olacaq.
İyunun 24-də isə İllik Toplantı çərçivəsində QDTİB, Azərbaycan Hökuməti, AZPROMO və regional biznes assosiasiyalarının iştirakı ilə "Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forum təşkil ediləcək. Özəl sektor nümayəndələri və ekspertlərin iştirak edəcəyi forumda iqtisadi diversifikasiya məsələləri müzakirə olunacaq, Qara dəniz regionu üzrə biznes rəhbərləri tərəfindən Azərbaycanda və onun regionlarında ticarət və investisiya imkanları diqqət mərkəzində saxlanılacaq.

Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib