• $
  • €
  • ₽
  • ₺
  • £

Küləkli hava nə vaxtadək davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?
23.06.2022 14:54
Faktiki və gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin iyunun 23-ü saat 14:00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunub, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

İyunun 22-də yağan leysan yağış nəticəsində saat 15:50-16:10 radələrində Goranboy rayonunun Ağcakənd ərazisindən sel keçib. Qısa müddət ərzində düşən yağışın miqdarı 128 mm (aylıq normanın 257 faizi) olub.

Düşən yağışın miqdarı Balakəndə 43 mm (aylıq normanın 33 faizi), Şəkidə 24 mm, Sarıbaş (Qax), Oğuz, Gədəbəydə 16 mm, Gəncədə 9 mm, Bərdə, Daşkəsəndə 8 mm, Göygöl, Qəbələdə 7 mm, Ağdam, Şahdağ,  Zaqatala, Zərdabda 6 mm, Xınalıqda 4 mm, Ləzədə 3 mm, Göyçay, İmişli, Şərur, Şəmkir, Qusar, Qrızda 2 mm,  Naxçıvan, Ağdərə, Naftalan, Şirvan, Tərtər, Mingəçevir, Yevlax, Sabirabad, İsmayıllıda 1 mm-dək olub.

Şimal-qərb küləyinin sürəti arabir Naxçıvan, Göyçayda 22 m/s, Neftçala, Sabirabad, Daşkəsən, Culfada 20 m/s,  Mingəçevirdə 19 m/s, Cəfərxan, Ceyrançöl, Naftalanda 18 m/s, Tərtər, Ağsu, Biləsuvar, Şabranda 16 m/s, Şərurda 15 m/s, Bakı, Pirallahıda 20 m/s, Neft Daşlarında 19 m/s, Çilov adasında 17 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Ölkə ərazisində küləkli hava şəraiti iyunun 24-ü səhərədək davam edəcək. İyunun 24-ü gündüz və iyunun 25-də isə mülayim cənub küləyi əsəcək. Əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli qısamüddətli  yağış yağacağı gözlənilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol