AMEA-nın institutlarının adı dəyişdirildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarının adı dəyişdirilib.APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, AMEA-nın Kibernetika İnstitutu - İdarəetmə Sistemləri İnstitutu, Akademik M. Nağıyev adına Kimya Problemləri İnstitutu - Akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Geologiya İnstitutu - Geologiya və Geofizika İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu - Fəlsəfə və Hüquq İnstitutu, Mərdəkan Dendrarisi - Dendrologiya İnstitutu adlandırılıb. AMEA-ya bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. ANNET.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























