Şəhid anası jurnalistin mənzilinə köçdü

Vətən müharibəsində həlak olmuş Yusif Budaqovun anası Lətafət Budaqova tanınmış jurnalist Şakir Eminbəylinin 2017-ci ildə 2-ci "Jurnalistlər binası"nda şəhid ailələrindən birinin xeyrinə imtina etdiyi mənzilə köçüb.
İndiyə qədər Lətafət Budağova 1 otaqlı, təmirsiz mənzildə kirayə yaşayırdı.
Şəhid Yusif Ramiq oğlu Budaqov 1997-ci il oktyabrın 11-də anadan olub. Ailənin yeganə övladı olub. 2003-2014-ci illərdə Bakı şəhərindəki 132 saylı orta məktəbdə təhsil alıb.
Orta məktəbi bitirdikdən sonra, 2015-2017-ci illərdə hərbi xidmətdə olub, 2016-cı ilin aprel döyüşlərində iştirak edib. rkən yaşlarında atasını itirən Ramil Budaqov Bakı klinikaıarının birində baş texnik vəzifəsində çalışıb.
Vətən müharibəsi başlayan ərəfədə səfərbərliyə çağırılıb. Füzuli istiqamətində döyüşlərdən birində həlak olan şəhidin nəşi oktyabrın 30-da ailəsinə təhvil verilib. Onu 2020-ci il oktyabrın 31-də də Badamdar qəbiristanlığında dəfn ediblər.
Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Vətən uğrunda" medalları ilə təltif olunub.
Şəhid ailələrinin Bakıda jurnalistlər üçün tikilən binada yerləşdiirilməsi ideyası millət vəkili Etibar Əliyev tərəfindən keçən ilin iyulunda birinci dəfə səsləndirilib. Belə ki, millət vəkilinin fikrincə, jurnalistlər üçün tikilən üçüncü bina bütövlüklə şəhid ailələrinə verilməsi daah məqsədəuyğundur.
Az sonra həmin binada mənzili olan və olmayan bir neçə jurnaıist bu ideyanı dəstəkləyən məktuba imza atıb. Amma onlardan yalnız biri Emin Şakirbəyli öz mənzilindən hər hansı şəhid ailəsini xeyrinə imtina etməyə hazır olduğunu bildirib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























