AMADA rəhbərinin sədri olduğu komitənin üzvləri müəyyənləşib

Azərbaycanın Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynlinin sədrliyi ilə Avropa Şurasının gender bərabərliyi üzrə xüsusi komitəsinin ilk iclası keçirilib.
AMADA-nın mətbuat xidmətindənverilən məlumata görə, iclasda Gender bərabərliyi Komitəsinin artıq formalaşmış tərkibi elan edilib. Azərbaycanın sədrlik etdiyi komitədə Norveç, Danimarka, Finlandiya, Polşa, Sloveniya və Rumıniya daimi üzv, Ümumdünya Antidopinq Agentliyi (WADA), Beynəlxalq Olimpiya komitəsi, UEFA və Avropa İttifaqının İdman Təşkilatı müşahidəçi üzv qismində, habelə Avropa Şurasının katibliyi və ekspertlər təmsil olunur.
İclasda komitənin fəaliyyət istiqamətləri, iş planı və gündəliyi müzakirə edilib. Sədr bildirib ki, gender bərabərliyi hazırda dünyada bütün sahələri əhatə edən aktual çağırışdır. Antidopinq sahəsində də bu məsələnin diqqətdə saxlanılması vacibdir. AMADA-nın hazırladığı və Gender Bərabərliyi Komitəsinin icra etdiyi "Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin məqsədi də məhz budur. Təsadüfi deyil ki, layihə beynəlxalq səviyyədə böyük marağa səbəb olub. Layihəni Avropa Şurası Nazirlər Komitəsinin dəstəkləməsi və Avropa Şurasının WADA üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) 2022 - 2025-ci illər üzrə əsasnaməsinə daxil ediliməsi də buna sübutdur.
AMADA rəhbəri həmçinin bildirib ki, antidopinq sahəsində gender məsələsini ətraflı təhlil etmək üçün "Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin üç mərhələdə icrası nəzərdə tutulub. Bura Avropa Şurası ilə WADA əsasnamələri və fəaliyyətlərini tənzimləyən sənədlər, o cümlədən, Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlarda gender prinsipinin hansı səviyyədə nəzərə alındığının müəyyənləşdirilməsi, milli antidopinq qurumlarında gender bərabərliyinin təmin olunma səviyyəsini müəyyən etmək üçün sorğuların keçirilməsi, beynəlxalq səviyyədə antidopinq sahəsində fəaliyyət göstərən vəzifəli şəxslərdən müsahibələrin alınması aiddir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























