Bakıda polisdən qaçanlar belə gizləndi

Bir neçə gün əvvəl Bakıda polis əməkdaşları küçədə gördükləri şübhəli şəxslərə yaxınlaşarkən insident baş verib.
Belə ki, ərazidə xidmət aparan polis əməkdaşları küçədə şübhəli hesab etdikləri 3 nəfərə yaxınlaşmaq istəyiblər. Bu zaman həmin şəxslər qaçmağa başlayıb. Bir qədər qaçdıqdan sonra həmin küçədə yerləşən "Javelin” şirniyyat evinə daxil olaraq qapını arxadan bağlayıblar. Polis əməkdaşları dəfələrlə qapının açılmasını tələb etsə də, bundan imtina ediblər. Əraziyə əlavə polis əməkdaşlarının gəldiyini görən şübhəli şəxslər daha sonra qapını açaraq küçəyə çıxmağa razı olublar.
Onlar ərazi üzrə polis şöbəsinə aparılıb. İlkin məlumata görə, bu zaman həmin şəxslərdən biri olan 1987-ci il təvəllüdlü Oqtay Qədirovun (şərti adlı) narkotik vasitə qəbul etməsi məlum olub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı) maddəsi ilə protokol tərtib edilib və o, Binəqədi Rayon Məhkəməsinə göndərilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























