“YAŞAT”ın hesabındakı məbləğ açıqlandı

Bu günə qədər "YAŞAT" fondunun bütün valyutalarda olan hesablarına 73 milyon 781 min 435.79 manat daxil olub, bunu "YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli təqdimatla çıxış edərkən bildirib.
"Bu məbləğin 61 milyon 114 min 757 manat 86 qəpiyi artıq xərclənib. Hazırda Fondun balansında 12 milyon 666 min 677.93 qəpik vəsait qalıb. İndiyə qədər 2927 şəhid ailəsini ziyarət etmişik. Qeydə alınmış yaralıların sayı isə 5 599 nəfərdir”, - deyə Elvin Hüseynov bildirib.
Onun sözlərinə görə, 11 min 778 manat məbləğ şəhid ailəsi və müharibə əlillərinin ailə üzvlərinin xaricdə təhsilinə xərclənib.
45 min 924 manat həmin kateqoriyadan olan ailələrin üzvlərinə ölkə daxilində təhsil üçün xərclənib.
94 min manat isə təhsillə bağlı birdəfəlik ödəniş edilib.
Vətən müharibəsindən sonra 102 şəhid övladı dünyaya gəlib
Həmin körpələrin hər birinin anasının bank hesabına 5 min manat köçürülüb. Vəsait uşaq yetkinlik yaşına çatana qədər artan faizlə saxlanıla bilər.
2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara "YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilib.
Bu günədək 47 şəxsə (29 şəhid ailə üzvü və 18 yaralı) 2000 AZN vəsait köçürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























