14 yaşlı neçə narkotik istifadəçisi qeydiyyatdadır? - RƏSMİ

2021-ci ildə Azərbaycanda 2-i 14 yaşında olmaqla 34602 narkotik istifadəçisi qeydiyyata alınıb. Bunu Respublika Narkoloji Mərkəzin baş direktoru Orxan Cəfərov deyib.
www.anews.az
Qeydiyyata götürülən şəxslərdən 556-sı qadındır. Qeydiyyatda olan narkotik istifadəçilərindən 2 nəfəri 15-17 yaşında, 2 313 nəfəri 18-24 yaşında, 292 nəfəri isə 65 yaşındadır.
Cəfərov vurğuladı ki, son zamanlar psixatrop maddələrdən istifadə edən şəxslərin sayı artıb. Onun sözlərinə görə, el arasında patı, şüşə kimi tanına metamfetamin daha çox istifadə olunur.
"Narkotik tərkibli dərman preparatarından istifadə halları bu gün də var. Ancaq belə hallar əvvəlki illərə nisbətən azdır", - o dedi.
Mərkəzin baş direktoru əlavə etdi ki, bu gün ölkədə reseplərə və apteklərə nəzarət olunur, bu səbəbdən həmin dərmanların alınması halları azalıb.
Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2022-ci ilin ilk aylarında Azərbaycanda ümumilikdə 1914 cinayət faktı aşkarlanıb. Onlardan 686-sı narkotik vasitələrin qanunsuz satışı, 1210-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 12-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə 1 ton 87 kiloqram 949,825 qram narkotik vasitə müsadirə olunub. Psixotrop maddələrin 557 kiloqram 738,882 qramı heroin, 326 kiloqram 716,953 qramı marixuana, 112 kiloqram 668,9 qramı tiryək, 5 kiloqram 005,744 qramı həşiş, 198,940 qramı kokain, 81 kiloqram 633,069 qramı psixotrop maddələr, 3 kiloqram 987,337 qramı isə digər narkotik vasitələr olub. 2022-ci ilin ilk 2 ayı ərzində 3 min 153 ədəd metadon və 73 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























