• $
  • €
  • ₽
  • ₺
  • £

ANAMA sədri BQXK-nin Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

ANAMA sədri BQXK-nin Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb
24.06.2022 21:00
Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Sülyemanov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauerini səlahiyyət müddətinin başa çatması və Draqana Kojiçi nümayəndəliyin yeni rəhbəri təyin olunması ilə əlaqədar qəbul edib.


ANAMA-dan verilən məlumata görə, görüş zamanı minadan zərərçəkənlərə yardım layihəsi çərçivəsində psixoloji dəstəyin göstərilməsi və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə istiqamətində birgə fəaliyyətin icrası barədə müzakirələr aparılıb.


Səmimi görüşə görə minnətdarlığını bildirən Arian Bauer rəhbərlik etdiyi müddətdə qurum tərəfindən humanitar minatəmizləmə sahəsində göstərilən dəstək barədə məlumat verib və bu istiqamətdə görüləcək növbəti addımlarda uğurlar arzulayıb.


Xanım Draqana Kojiç iki qurum arasında mövcud səmərəli əməkdaşlığın inkişaf edəcəyinə və işğaldan azad edilmiş ərazilərin yaxınlığında yaşayan, eləcə də "Böyük Qayıdış” layihəsi çərçivəsində yurdlarına qayıdacaq əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatlılığın artırılması sahəsində əlindən gələn dəstəyi göstərəcəyini bildirib.


Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov fəaliyyət dövrü ərzində Agentliyə göstərdiyi dəstəyə görə Arian Bauerə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol