Vilyam Hacıyevin növbəti məhkəməsi bu tarixdə olacaq

İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev növbəti iclası iyulun 1-i baş tutacaq. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov vəsatətlə çıxış edib. Prosesdə vəkil iş üzrə təkrar ekspertizanın keçirilməsini istəyib. Vəsatat təmin edilib.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
Ləman Qasımova
www.anews.az
Təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov vəsatətlə çıxış edib. Prosesdə vəkil iş üzrə təkrar ekspertizanın keçirilməsini istəyib. Vəsatat təmin edilib.
Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























