• $
  • €
  • ₽
  • ₺
  • £

Qadınların İqtisadi Cəhətdən Gücləndirilməsinə dair Bəyannamə İMZALANDI

Qadınların İqtisadi Cəhətdən Gücləndirilməsinə dair Bəyannamə İMZALANDI
24.06.2022 16:17
 Amerika Birləşmiş Ştatlarının(ABŞ) Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Amerika Ticarət Palatası (AmCham)  Qadınların İqtisadi Cəhətdən Gücləndirilməsinə dair Bəyannamə imzalayıb. Bu barədə ABŞ səfirliyi məlumat yayıb.

Amerika Ticarət Palatası (AmCham) və USAID-in Özəl Sektorun İnkişafı Layihəsi qadın sahibkarların üzləşdiyi çətinliklərlə bağlı aparılmış sorğuların nəticələrini elan etmiş və onların aradan qaldırılması üçün müxtəlif həll yolları təklif edib.

"Qadınların iqtisadi gücünün artırılması həm qadın hüquqlarının, həm də iqtisadi artım, təhsil və rifah kimi daha geniş inkişaf məqsədlərinin reallaşmasında mühüm rol oynayır. Bu fikir cəmiyyətdə getdikcə daha çox qəbul edilir. Qadınların iqtisadi cəhətdən daha güclü olması nəinki onlara, hətta cəmiyyətə də fayda gətirir. Ona görə də biz, Amerika Ticarət Palatasının strateji fəaliyyətinin istiqamətlərindən birini də qadınların iqtisadi cəhətdən gücləndirilməsi üçün daha əlverişli biznes mühitinin yaradılmasına həsr etmişik”, - Amerika Ticarət Palatasının icraçı direktoru Gülnarə Aslanbəyli bildirib.

USAID-in Özəl Sektorun İnkişafı Layihəsi (PSA) Azərbaycan iqtisadiyyatının dayanıqlığını gücləndirmək və əlverişli biznes mühitini yaxşılaşdırmaq məqsədilə birgə investisiyaların yatırılmasına və tərəfdaşlıqların qurulmasına şərait yaradır. 
 
Ləman Qasımova



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol