Bəxtiyar Hacıyev saxlanıldı

"Müsbət Dəyişikliklər" Hərəkatının rəhbəri, ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb. ANNET.Az Modern.az-a istinadən xəbər verir ki, “NİDA”-çı gənclərin məhkəməsi zamanı binanın ətrafına yığışan gənclərin içində olan B.Hacıyevdən polis gəncləri sakitləşdirməyi tələb edib:“Polis mənə dedi ki, gəncləri sakitləşdir. Mən dedim ki, onların rəhbəri deyiləm”.Bir polis gənc qızı tutmaq istəyərkən B.Hacıyev etiraz edib.“Polislərdən biri kobud danışdı. Polislər məni tutdular. 22-ci polis bölməsinə gətiriblər”- deyə B.Hacıyev vurğulayıb. ANNET.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























