• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST meymunçiçəyi ilə bağlı qərar verdi

ÜST meymunçiçəyi ilə bağlı qərar verdi
26.06.2022 15:58
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusunun yayılmasını ən yüksək xəbərdarlıq pilləsi elan etməkdən imtina edib.
 
Bununla da hazırda bu virusun yayılması ÜST tərəfindən beynəlxalq səviyyəli səhiyyə fövqəladə vəziyyəti kimi dəyərləndirilməyib.

ÜST öz qərarını təşkilatın fövqəladə hallar komitəsinin tövsiyəsi əsasında verib.

Bununla belə, təşkilatın baş direktoru Tedros Qebreyesus bildirib ki, meymunçiçəyi ciddi şəkildə narahatlıq doğurur. Qeyd edilib ki, meymunçiçəyi virusu yaxından izlənmə və kollektiv reaksiya tələb olunan səhiyyə təhlükəsi kimi inkişaf edir.

Vurğulanıb ki, meymunçiçəyi virusuna onillərdən bəri Afrika ölkələrində rast gəlinir. Lakin hazırda virusla bağlı xüsusilə narahat edən faktor onun yeni ölkələrə və bölgələrə sürətlə, davamlı yayılması və immuniteti zəif olan insanlar, hamilə qadınlar və uşaqlar da daxil olmaqla, həssas əhali qruplarına yoluxma riskidir.

Baş direktorun sözlərinə görə, vəziyyət yaxından izlənərək, ayıq-sayıqlıq davam etdiriləcək və epidemiyanın təkamülü əsasında yaxın günlərdə və həftələrdə fövqəladə hallar komitəsinin təcili iclasının çağırılması üçün beynəlxalq səhiyyə ekspertlərinin tövsiyələri nəzərə alınacaq.

Qərardan öncə təşkilatın fövqəladə hallar komitəsi bir neçə gün davam edən müzakirələr aparıb. Beynəlxalq səviyyəli səhiyyə fövqəladə vəziyyəti ÜST tərəfindən elan edilən ən yüksək xəbərdarlıq pilləsidir. Hazırda bu pillə COVID-19 pandemiyası və poliomielit xəstəliyinə şamil olunur

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol