• $
  • €
  • ₽
  • ₺
  • £

İran Azərbaycana 5 məhbus təhvil verəcək - SİYAHI

İran Azərbaycana 5 məhbus təhvil verəcək - SİYAHI
22.04.2014 11:30
İran 5 azərbaycanlı məhbusu ölkəmizə təhvil verəcək. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.Məlumata əsasən, İran Azərbaycana bu ölkənin həbsxanalarında saxlanılan beş azərbaycanlı məhbusun təhvil verilməsinə hazır olduğunu bildirib və hazırda həmin məhbuslarla bağlı sənədlərin təqdim olunmasını gözləyir.Trend-in diplomatik mənbədən əldə etdiyi məlumata əsasən, Azərbaycana təhvil veriləcək məhbuslardan 4-ü kişi, 1-i isə qadındır. Onlar Hüseynov Zamin Ramik oğlu, Əliyeva Nəzakət Əli qızı, Sultanov Səbuhi Yavər oğlu, Yusifov Firdus Sultan oğlu, Sultanov Taleh Əziz oğludur.Həmin məhbusların hansı ittihamla İranda saxlanıldığı və neçə il azadlıqdan məhrum edildiyinə dair məlumat verilməyib.Qeyd edək ki, İranın PressTV kanalının rəsmi saytının məlumatına görə, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov ötən gün Ərdəbil əyalətində jurnalistlərə deyib ki, yaxın vaxtlarda Azərbaycan dövlətinin daha 100 iranlı məhbusu bu ölkəyə təhvil verəcəyi gözlənilir.C.Axundov bildirib ki, Azərbaycanda müxtəlif müddətə həbs cəzaları almış bu məhbuslar cəzalarının qalan hissəsini ölkələrində çəkmələri üçün İrana təhvil veriləcəklər.Xatırladaq ki, bundan öncə Azərbaycanda saxlanılan 25 iranlı məhbus ölkələrinə qaytarılıb. İran isə öz növbəsində casusluqda ittiham olunan 2 azərbaycanlı məhbusu ölkəmizə qaytarıb.ANNET.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol