• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sahibkarların 99,6 %-ni KOB-lar təşkil edir

Azərbaycanda sahibkarların 99,6 %-ni KOB-lar təşkil edir
27.06.2022 17:00
Azərbaycanda sahibkarların təqribən 99,6 %-ni KOB subyektləri təşkil edir. Bu barədə  Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

Məlumata görə, bunun 93,3 %-i mikro, 4,5 %-i kiçik və 1,8 %-i orta sahibkarlıq subyektləridir. Ölkəmizdə KOB subyektləri əsasən ticarət, tikinti, emal, kənd təsərürfatı, logistika və s. sahələrdə fəaliyyət göstərirlər. Ötən il 2020-ci illə müqayisədə KOB subyektlərinin dövriyyəsi orta hesabla 85 % artıb.

"Ölkəmizdə KOB subyektləri əsasən ticarət, tikinti, emal, kənd təsərürfatı, logistika və s. sahələrdə fəaliyyət göstərirlər. Ötən il 2020-ci illə müqayisədə KOB subyektlərinin dövriyyəsi orta hesabla 85 % artıb. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində hazırlanan ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasında kiçik və orta sahibkarlığın ölkədə iqtisadi artımın və məşğulluğun əsas mənbəyinə çevrilməsi strateji hədəflərdən biri olaraq müəyyən edilib”, - Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən deyilib.

İndiyədək KOBİA-nın KOB inkişaf mərkəzləri tərəfindən KOB-ların biznes biliklərinin artırılması üçün ödənişsiz olaraq təqribən 32 min KOB subyektinin faydalandığı 2400-dən çox təlim keçirilib, 4 500-dək sahibkarın yararlandığı 22 min saatdan artıq məsləhət xidməti göstərilib. 500-ə yaxın KOB subyekti üçün ödənişsiz biznes plan hazırlanıb.
 
Biznesə başlamaq və mövcud fəaliyyətin genişləndirilməsində önəmi nəzərə alınaraq sahibkarların müraciəti əsasında 15, Agentlyin təşəbbüsü ilə isə 25 daxili bazar araşdırması aparılıb. KOB-ların rəqəmsallaşması və innovativ ideyalarının dəstəklənməsi üçün 42 "Startap” şəhadətnaməsi verilib ki, bu sənəd onları 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edib. KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətlərində layihələrinin maliyyələşdirilməsi mexanizmi çərçivəsində 27 KOB subyektinə 500 min manatdan çox qrant vəsaiti verilib. KOB-ların bazarlara çıxışının dəstəklənməsi üçün indiyədək Azərbaycanda və xarici ölkələrdə keçirilmiş 37 sərgi və yarmarkada 850-dən çox KOB subyektinin ödənişsiz olaraq iştirakı təmin edilib. Sahibkarlara vahid məkanda xidmətlərin göstərilməsi üçün indiyədək KOB evlərində 125 mindən çox "G2B” və 7 400-ə yaxın "B2B” olmaqla ümumilikdə 132 mindən çox xidmət göstərilib.

Beynəlxalq müstəvidə KOB-larla bağlı çağırışlara və sahibkarlıq sahəsində dövlətin prioritetlərinə uyğun olaraq KOB subyektlərinə dəstək davam etdiriləcək.
27 iyun dünyada mikro, kiçik və orta sahibkarlar günü kimi qeyd edilir. Dayanıqlı inkişaf məqsədlərinə, eləcə də iqtisadiyyatın davamlı inkişafına verdiyi töhfəyə görə BMT Baş Assambleyasının qətnaməsinə əsasən bu tarix "Kiçik biznesin böyük təsiri” şüarı ilə 2017-ci ildən etibarən qeyd olunur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol