• $
  • €
  • ₽
  • ₺
  • £

İntihara cəhd edən məktəb direktoru barədə MARAQLI FAKTLAR

İntihara cəhd edən məktəb direktoru barədə MARAQLI FAKTLAR
27.06.2022 13:19
Gəncədə Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayevanın intihara cəhd etməsilə bağlı bir müddət əvvəl məlumat yayılmışdı.
 
Direktorun 14 ədəd həb içərək intihara cəhd etdiyi bildirilirdi. Mətanət Qarayeva dərhal xəstəxanaya çatdırılmış və ona ilkin tibbi yardım göstərilmişdi.
Uşaqları kiçik yaşlarından şəxsiyyət kimi yetişdirən, onları həyatın çətinliklərinə hazırlayan təhsil müəssisəsinin rəhbəri hansı səbəbdən belə addım ata bilər? Məktəb direktorunu intihara nə məcbur edib?

Bu suallarla bağlı araşdırma apardıq.

Məlum oldu ki, intihara cəhd edən Mətanət Qarayeva bir il əvvəl Təhsil Nazirliyi tərəfindən şiddətli töhmət alıb. Fəaliyyətində yol verdiyi nöqsanlara görə, Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən ona xəbərdarlıq olunub. Lakin direktor bunlardan dərs çıxarmayıb, məktəbin ingilis dili müəllimini ölkədə olmadığı halda işdə saxlayıb, adı məktəbdə getsə də, əvəzində onun əməkhaqqını mənimsəyib.

İntihara cəhd hadisəsindən sonra mətbuata açıqlama verən məktəb direktoru bildirib ki, özünə qəsd etmək istəməsinin səbəbi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin onu işdən çıxarmaq istəməsidir. Direktor həmçinin buna görə məktəbdə monitorinq təşkil edildiyini, şantaj olunduğunu qeyd edib. Onun sözlərinə görə, artıq yerinə namizəd də tapılıb. O, bütün bunlara dözə bilmədiyinə görə intihara əl atdığını açıqlayıb.

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

Qurumdan  ölkədə olmadığı halda adı məktəbdə gedən müəllimin olduğunu təsdiqlədilər.

Bildirilib ki, İdarənin əməkdaşları tərəfindən İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin sabiq ingilis dili müəllimi barədə sənədləşmə işinin qanuna müvafiq aparılmadığı məlum olduqdan sonra həmin müəllimin nə vaxtdan ölkə xaricində olması barədə aidiyyəti dövlət orqanlarına sorğu göndərilib.

"Aidiyyəti orqanlar tərəfindən təqdim edilən sorğunun cavabında məlum olub ki, məktəbin sabiq ingilis dili müəlliminin ötən il dekabrın 27-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Azərbaycana gəlməsi, bu il yanvarın 10-da isə Dubay şəhərinə getməsi faktı öz əksini tapıb.

Belə olduğu təqdirdə həmin müəllimin müəyyənləşdirilmiş müddət ərzində hesabına qanunsuz olaraq əməkhaqqı köçürülməsi faktı təsdiqini tapmış olur”, - idarədən deyilib.

İdarədən həmçinin bildirilib ki, qeyd olunanları nəzərə alaraq həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Tahirə Həsənovanın da öz vəzifə öhdəliklərini lazımınca və qanuna uyğun həyata keçirmədiyi də müəyyənləşib.

"Belə ki, Həsənovanın əmək funksiyasına uyğun olaraq tədris planları və proqramlarının yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətinin istiqamətləndirilməsi, təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar və dərnək məşğələlərinin keyfiyyətli təşkilinin həyata keçirilməsi, tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlinin tərtib edilməsi, metodik şura və fənn metodbirləşmələlərinin işinə rəhbərlik və nəzarəti həyata keçirmək olsa da, bu tələblər kobud şəkildə pozulub. Dərs prosesində iştirak etməyən müəllimin müyyənləşdirilmiş siniflərdə jurnallarının yazılması məsələsində müvafiq təlimatın tələbləri yerinə yetirilməyib. Tahirə Həsənovanın məktəbin sabiq ingilis dili müəlliminin xarici ölkədə yaşaması, ancaq həmin müddət ərzində onun hesabına qanunsuz olaraq əmək haqqı köçürülməsi məsələsindən birbaşa xəbərdar olması müəyyən edilib. Siniflər üzrə müvafiq jurnallara nəzarət, dərslərin cədvəl üzrə fənn müəllimləri tərəfindən tədris edilməsi, ümumillikdə tədris prosesinə nəzarətin həyata keçirilməsi təlim-tərbiyə işləri üzrə direktor müavinin əmək funksiyasına aiddir. Əgər bir müəllim işdə olmursa, direktor müavinin ona göz yumması cinayət tərkibi yaradır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma davam etdirilir”, - qurumdan söylənilib.

Mövzu ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyevlə əlaqə saxladıq.

O, məktəb direktoruna təzyiqlərlə bağlı deyilənləri təkzib etdi.

Bildirdi ki, Qarayevaya işində yol verdiyi nöqsanlara görə xəbərdarlıq olunub, lakin o xəbərdarlığa məhəl qoymayıb.

Direktorun yerinə başqa təyinata gəlincə, Qədiməliyev bildirib ki, idarə tərəfindən məktəbə direktor təyinatı həyata keçirilmir.

"Məktəb direktoru kimi çalışmaq üçün imtahan vermək və müsahibədən keçmək lazımdır. Bu isə təhsil idarəsinin səlahiyyətində olan məsələ deyil”, - o deyib.

Gəncədəki İsmət Qayıbov adına 1 nömrəli məktəb şəhərin ən qədim təhsil ocaqlarındandır. Əsası 1833-cü ildə Mirzə Şəfi Vazeh tərəfindən qoyulan məktəbdə müxtəlif zamanlarda tanınmış ziyalılar təhsil alıb və çalışıblar. 1992-ci ildən isə məktəbə bir vaxtlar orada təhsil almış sabiq baş prokuror İsmət Qayıbovun adı verilib. Mindən çox şagirdin təhsil aldığı sözügedən təhsil müəssisəsinə 2011-ci ildən isə Mətanət Qarayeva rəhbərlik edir.
 
Mənbə - Qafqazinfo

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol