Minaya düşən polisdən XƏBƏR VAR

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb. Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib.
Hadisə iyunun 26-sı saat 20 radələrində baş verib. Olay nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
O, xəstəxanaya yerləşdirilib, ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub. Hazırda həyatı üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























