• $
  • €
  • ₽
  • ₺
  • £

Seks işçiliyi hansı ölkələrdə qanunidir? - SİYAHI

Seks işçiliyi hansı ölkələrdə qanunidir? - SİYAHI
28.06.2022 13:26
İspaniya fahişəliyə qarşı mübarizəni nəzərdə tutan yeni qanun layihəsi təqdim edib. Bu barədə ''Euronews'' məlumat yayıb.
 
Təklif olunan qanunvericilik fahişələri maddi cəhətdən istismar edən, onların xidmətlərinə görə pul ödəyən və ya bilərəkdən fahişəliklə məşğul olmaq üçün yer verənləri cəzalandıracaq. Qanuna əsasən, vətəndaşlar fahişələrə pul ödədikdə cərimələnəcəklər, sutenyorlar və ya tədarükçüləri isə 3 ildən 6 ilə qədər həbs cəzası gözləyir. Fahişə azyaşlı olarsa, müştərilər həbs cəzası ilə də üzləşə bilər.
 
Lakin qanun layihəsi dünyanın aparıcı bazarlarından biri olan İspaniyada fahişəliyi qeyri-qanuni etməyəcək. Yeni qanun layihəsi yaxın aylarda keçiriləcək səsvermədən İspaniya parlamentinin aşağı palatasına qəbul edilib.
 
İspaniya Sosialist Partiyasının baş katibinin müavini Adriana Lastra, "Demokratik bir ölkədə qadınlar nə alqı-satqı üçün, nə də satış üçün deyil" , bildirib.
 
Partiya özünü tviter hesabında  bu məsələyə fikir bildirib.
 
"Fahişəlik üçün qadınlara müraciət edən insanlar insan hüquqları pozuntusunu dəstəkləyən şəbəkədə birbaşa iştirak edirlər", - paylaşımda yazılıb.
 
Bəzi siyasi partiyalar və ekspertlər iddia edirlər ki, İspaniya seks işçilərini insan alverçiləri tərəfindən daha da istismar edilməkdən qorumaq üçün fahişəliyi tənzimləməlidir.
 
Bir qisim sosialistin fikrincə isə, yeni layihə fahişələri cinayətin qurbanı kimi müdafiə etməyi təklif edir. Digər Avropa ölkələri, o cümlədən Fransa, Norveç, İsveç və Böyük Britaniya da fahişələrə pul ödəyənləri cəzalandıran oxşar qanunlar tətbiq ediblər.
 
Bəs, digər ölkələrdə seks işçiliyi necə tənzimlənir?
 
Fahişəlik ödəniş müqabilində kiminləsə cinsi əlaqədə olmaq təcrübəsi, biznesi və ya məşğuliyyətidir. "World Population Review"nun hesabatına görə, dünyada təxminən 42 milyon fahişə var. Bəzi hesablamalara görə, Avropa Birliyinə üzv olan 28 ölkədə fahişələrin sayı 700000 ilə 1,2 milyon arasında dəyişir. 
 
Fahişəliyin qanuniliyi ölkədən ölkəyə (bəzən əyalətlər, ştatlar, regionlara görə) dəyişir. Dövlətlərdəki fərqli yanaşma istismar, gender rolları, etika və əxlaq, seçim azadlığı və sosial normalar da daxil olmaqla, fahişəliklə bağlı məsələlərdə mövcud olan geniş milli fikirləri əks etdirir. Fahişəliyin qanuniləşdirilməsi və tənzimlənməsi seks işçiləri üçün ticarəti daha təhlükəsiz etməli, onlara kritik sağlamlıq və dövlət xidmətlərindən istifadə etməyə kömək etməli idi. Lakin əksər hesablatara görə, bu, əsasən  fahişəxanaların artması, bədənlərini satıb istismara məruz qalanların çoxalması və külli miqdarda pul vəsaitlərinin dövriyyəsini əhatə edən əsas sənayeyə çevrilməsi ilə nəticələndi.
 
Dünya ölkələri fahişəliyin tam olaraq hansı aspektlərinin qanuni və ya qeyri-qanuni olduğu və sənayenin ən yaxşı şəkildə tənzimlənməsi və ya aradan qaldırılması ilə bağlı bir çox fərqli hüquqi yanaşmalar qəbul etmişdir.
 
Qanunsuz (illeqal) - Fahişəlik bütövlükdə qeyri-qanunidir (qadağandır/cinayətkardır). Seks işçisini atmaq, almaq, eləcə də bu fəaliyyəti təşkil etmək və pul qarşılığında cinsi əlaqəyə çağırmaq qanuna ziddir. Bu yanaşma çox dindar ölkələrdə, xüsusən də pornoqrafiyanı qadağan edən ölkələrdə yaygındır.
 
Neo-abolitionism - Bu fəlsəfə fahişəliyi qadınlara qarşı zorakılıq hesab edir. Cinsi əlaqəni satın almaq, təşkil etmək və təşviq etmək qeyri-qanunidir. Fahişələr cinayət başında yaxalandıqda qanuni olaraq qüsursuz sayılırlar, lakin onların müştəriləri və sutenyorları (fahişənin "təşkilatçı”sı və ya müdiri) cinayət məsuliyyətinə cəlb edilir.
 
Abolisionizm - Dünyada ən çox yayılmış yanaşma. Seks işçiliyi qanunidir. Bununla belə, seks işçisinin istismarının qarşısını almaq üçün ictimai çağırış; fahişəxanaların fəaliyyəti; və oğraşlıq, satınalma və məcburi fahişəlik kimi "təşkilat" formalarının hamısı adətən qadağandır.
 
Qanuni (leqal) - Satış, satın alma və bəzi təşkilatlanma formaları (adətən fahişəxanalar) və cinsi əlaqəyə çağırış qanunidir. Ancaq fahişələrin qeydiyyatdan keçməsini tələb etmək və ya yalnız müəyyən rayonlarda fahişəliyə icazə vermək  tənzimlənir.
 
Dekriminallaşdırma - Cinsi əlaqənin satışı, alınması, təşkili və təşviqi qanunidir (yaxud qanunda ümumiyyətlə nəzərdə tutulmayıb) və heç bir xüsusi qaydalara tabe deyil.
 
Ölkənin qanunları çox vaxt həmin ölkədəki fahişəliyin səviyyəsi ilə bağlı dəqiq təsəvvür yarada bilmir. Məsələn, bir çox neo-abolisionist ölkələrdə seks işçiləri, sərt görünən qanunlara baxmayaraq, fahişəliyin inkişafına maneə olan boşluqlar tapa bilmişdi. İstənilən ölkədə fahişələr rəqs seansı kimi qanuni xidmət təklif edə bilər, əgər müştəri məmnun qalarsa cinsi əlaqə üçün əlavə ödəniş etməlidir. Lakin dövlət orqanları fahişəliyi yalnız cinsi əlaqədən ibarət olduğu qənaətindədir. Buna görə də, yerli hüquq-mühafizə orqanları tez-tez fahişəliklə bağlı əks mövqe tuturlar. Yaxud da turizm bölgələrində yerli hüquq-mühafizə orqanları onu qadağan edən qanunlara baxmayaraq, çox vaxt fahişəliyə tolerant yanaşırlar.  Bəzən isə hüquq-mühafizə orqanlarının işçiləri fahişəliyi leqallaşdırmış ölkələrdə seks işçilərini incidə, sarsıda və ya hətta onlardan sui-istifadə edə bilər.
 
Fahişəlik bir çox dini qruplar və feminist fəal təşkilatlar tərəfindən əsas problem olaraq görülür. Bəzi feministlər hesab edirlər ki, fahişəlik qadınlara zərər verir və istismar edir və qadınlara seks obyekti kimi stereotipik baxışları gücləndirir. Digər feministlər hesab edirlər ki, fahişəliklə məşğul olmaq istəyən qadınlar üçün şəxsi seçimdir. Onlara heç kim qarışa bilməz. 
 
Avropa ABŞ-dan fərqli olaraq fahişəliyə daha çox icazə verir. Almaniya, İsveçrə, Avstriya, Yunanıstan, Türkiyə, Hollandiya, Macarıstan və Latviyada fahişəlik qanuni və tənzimlənir. Digər ölkələrdə qanuni olsa da,  xüsusi olaraq tənzimlənmir.
 
Anews.az bəzi ölkələrin seks işçiliyinə münasibətini əks etdirən cədvəli təqdim edir:
 

Çin

Qeyri-qanuni

Hindistan

Abolisionism

Birləşmiş Ştatlar

50 ştatın 49-u qeyri-qanuni

İndoneziya

Dekriminallaşdırma

Pakistan

Qeyri-qanuni

Nigeriya

Abolisionism və qeyri-qanuni (ştatlara görə dəyişir)

Brazilya

Abolisionism

Banqladeş

Qanuni

Rusiya

Qeyri-qanuni

Meksika

Qanuni, qeyri-qanuni və Abolisionism(ştatlara görə dəyişir)

Yaponiya

Qeyri-qanuni

Efiopiya

Abolisionism

Misir

Qeyri-qanuni

İran

Qeyri-qanuni (eyni cinayəti ikinci dəfə edənlər edam olunur)

Türkiyə

Qanuni (qanun ilə tənzimlənir)

Almaniya

Qanuni

Birləşmiş Krallıq

Abolisionism

Fransa

Neo - Abolisionism

İtaliya

Qanuni

Cənubi Koreya

Qeyri-qanuni

İspaniya

Abolisionism

Ukrayna

Qeyri-qanuni

Uqanda

Qeyri-qanuni

İraq

Qeyri-qanuni

Əfqanıstan

Qeyri-qanuni

Səudiyyə Ərəbistan

Qeyri-qanuni

Kanada

Neo - Abolisionism

Ermənistan

Qeyri-qanuni

Yeni Zellandiya

Qanuni

Norveç

Qeyri-qanuni, neo- abolisionism

Türkmənistan

Qeyri-qanuni

Gürcüstan

Qeyri-qanuni

Şimali Koreya

Qeyri-qanuni

Azərbaycan

Qeyri-qanuni (geniş yayılıb)

Yunanıstan

Qanuni

Qazaxıstan

Abolisionism

Birləşmiş Ərəb Əmirliyi

Qeyri-qanuni

Tacikistan

Abolisionism

Danimarka

Abolisionism


 

 
 
Azərbaycanda seks işçiliyi cədvəldən də göründüyü kimi qeyri-qanunidir. Bəs, qanuni olsa nələr dəyişəcək? Bu sualın cavabının da yer aldığı araşdırma yazısı saytımızda yayımlanacaq.   
 
Ləman Qasımova
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol