• $
  • €
  • ₽
  • ₺
  • £

Yüksək balla Türkiyədə universitetə girdi, imkansızlıqdan oxuya bilmir

Yüksək balla Türkiyədə universitetə girdi, imkansızlıqdan oxuya bilmir
28.06.2022 13:16
Yüksək nəticə göstərərək Türkiyənin Qazi Universitetinin Tibb fakültəsinə qəbul olunan azərbaycanlı tələbə Ranal Qurbanov iki ildir ki, maddi imkansızlıq səbəbindən təhsilinə başlaya bilmir. 

Bu barədə  Ranal özü məlumat verib. O, 2021-ci ilin may ayında SAT proqramı üzrə imtahan verərək 1600-dən 1530 bal toplayıb. 


Ranal Qurbanovun sözlərinə görə, bir sıra beynəlxalq olimpiadalarda yüksək nəticə göstərib: "2004-cü ildə Lənkəranda anadan olmuşam. Orta təhsilimə həmin rayonda başlamışam. Təhsil həyatım boyu bir neçə yüksək nəticəyə nail olmuşam. V-VI siniflərdə təbiət elmlərinə olan marağımı görən müəllimlərim məni elm olimpiadalarına yönləndiriblər. 2019-cı ildə Respublika fənn olimpiadalarında biologiya fənni üzrə  3-cü yerə və bürünc medala layiq görülmüşəm. 2020-ci ildə 31-ci Beynəlxalq Biologiya Olimpiadasında gümüş, 2021-ci ildə isə 32-ci Beynəlxalq Biologiya Olimpiadasında qızıl medallara sahib oldum. 2021-ci ildə Respublika Fənn Olimpiadasında qizil medala layiq görüldüm və əlavə olaraq qızıl medalçılar arasında ən yüksək nəticə göstərdiyim üçün "Birincilərin birincisi” mükafatını qazanıb ölkə birincisi oldum. Həmçinin 2021-ci ildə ABŞ səfirliyinin maliyyələşdirdiyi FLEX proqramını da qazanaraq bir il ABŞ-da təhsil almaq imkanı əldə etmişdim. Həmin ildə Türkiyənin bir neçə nüfuzlu universitetinin tibb fakültələrinə qəbul aldım. Bunların arasında Qazi Universitetinin Tibb fakültəsini seçdim. Ailəmin maddi imkanı olmadığına görə keçən il qəbul olunduğum Qazi Universitetində təhsil ala bilmirəm. Ümid edirəm ki, Azərbaycan adına olan nailiyyətlərimi nəzərə alıb mənə yardım edən olar”.

Ranal Qurbanov bildirib ki, qəbul olduğu ixtisasa 6 il boyunca illik 6000 manat vəsait lazımdır. Gənc tələbə dövlət hesabına xaricdə təhsil proqramına müraciət edib. Lakin ixtisası prioritet sayılmadığı üçün müraciətinə müsbət cavab ala bilməyəcəyini düşünür.
 
Ranal Qurbanov 2010-cu ildə Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 1-ci sinfinə gedib. Daha sonra təhsilini Bakı şəhəri M.F.Axundzadə adına 102 nömrəli tam orta məktəbdə davam etdirib və həmin məktəbi bitirib.(Qafqazinfo)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol