• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyinin uşaq bağçalarında apardığı monitorinqlər başa çatıb

Təhsil Nazirliyinin uşaq bağçalarında apardığı monitorinqlər başa çatıb
28.06.2022 20:30
"Təhsil Nazirliyinin məktəbəqədər təhsil səviyyəsi (uşaq bağçaları) üzrə apardığı monitorinqlər başa çatıb. Artıq 1 680 bağçada ilkin vəziyyətin necə olması barədə məlumatlar var”.

Bunu təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhər 9 nömrəli tam orta məktəbdə STEAM mərkəzinin açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda bir çox bölgələrdə auditlər həyata keçirilir: "Nəticəyə uyğun olaraq müvafiq intizam tənbeh tədbirlərinin görülməsi və ciddi məqamlarla bağlı da ictimaiyyətə məlumatlar veriləcək. Uşaq bağçaları ilə bağlı bir neçə istiqamət üzrə iş gedir. Bizim üçün bir neçə prioritet sahə var. İlk növbədə, bağçalara qəbulu vahid prinsiplər əsasında elektron sistem üzərindən həyata keçirmək istəyirik. İyulun ikinci ongünlüyündən başlayaraq prosesi tamamlayıb ümumrespublika üzrə vahid elektron bazanı bitirmiş olacağıq”.

Nazir bildirib ki, tərbiyəçilərin işə qəbulunun da vahid formatda aparılması nəzərdə tutulub: "İyul ayında prosesin müəllimlərin işə qəbulu (MİQ) formatında keçirilməsi mümkün olacaq. Eyni zamanda Mingəçevir və digər şəhərlərdə bağça müdirlərinin yeri vakant olaraq qalır. Direktorların işə qəbulu prosesində həmin vakant yerlərə qəbulun da şəffaf keçirilməsini planlaşdırırıq. Bağçalarda uşaqların qidalanması məsələsi də əsas hədəflərdəndir. Bu, kifayət qədər mürəkkəb məsələdir. Qidalanma rasionu ilə bağlı qaydalar köhnəlib və yenisinin tətbiqi zaman tələb edir. Bu istiqamətdə müəyyən pilot layihələr üzərində işlər aparılaraq ictimaiyyətə təqdim olunacaq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol