• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil xərcini ödəyə bilməyən tələbəyə yardım ediləcək? - AÇIQLAMA

Təhsil xərcini ödəyə bilməyən tələbəyə yardım ediləcək? - AÇIQLAMA
28.06.2022 15:38
2021-ci ilin may ayında SAT proqramı üzrə imtahan verərək, Türkiyənin Qazi Universitetinin Tibb fakültəsinə qəbul olunan azərbaycanlı Ranal Qurbanov maddi imkansızlıq səbəbindən təhsil ala bilmir. 

Bununla bağlı mətbuatda və sosial şəbəkələrdə kampaniya başladılıb. Paylaşımlara reaksiya verən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova tələbə problemi ilə bağlı nazirə müraciət edəcəyini qeyd edib. 
 
Günel Səfərova açıqlamasında artıq Nazirliyə müraciət ünvanladığını söyləyib: 
 
"Xaricdə təhsil üçün Dövlət Proqramında səhiyyə ilə bağlı ixtisaslar yoxdur. Yəqin ki, Təhsil Nazirliyi nə isə edə bilməyəcək. Amma Gənclər Fondu və ya başqa təsisatlar səviyyəsində məsələyə baxılmasına çalışıram". 
 
Ranal Qurbanovun müraciəti haqqında Təhsil Nazirliyi ilə biz də əlaqə saxladıq. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələdən nazirliyin məlumatlı olduğunu dedi: 
 
"Təhsil Nazirliyi bu məsələ ilə əlaqədar məlumatlıdır". 
 
Cəsarət Valehov bununla əlaqədar addım atılıb-atılmacağı haqqında sualımızı cavabsız qoydu.    

Ranal Qurbanova haqqında yayılan məlumatda bildirilir ki, o, Azərbaycanı Beynəlxalq Fənn olimpiadalarında Biologiya fənni üzrə 70-ə yaxın ölkə arasında təmsil edib. Respublika olimpiadalarında medallar qazanıb.
Ölkə birincisi olub.

2020-ci ildə 31-ci Beynəlxalq Biologiya Olimpiadasında gümüş medal, 2021-ci ildə Qızıl medal alıb.

2019-cu ildə Respublika Fənn Olimpiadasında bürünc medal, 2021-ci ildə Qızıl medal və "Birincilərin Birincisi” mükafatını qazanıb.

22 Avropa və Avrasiya dövlətindən 35 min şagirdin qatıldığı, ABŞ Səfirliyi tərəfindən həyata keçirilən "Gələcəyin Liderləri” Mubadilə Programını (FLEX) qazanaraq 1 il Amerika da təhsil alma sansı qazanıb.

Kecən il isə Türkiyənin Qazi Universitetinin Tibb fakültəsinə qəbul olunub. Qazi Universiteti Azerbaycandan yalniz 2 nəfəri tibb fakültəsinə qəbul edib. Ranalın beynəlxalq olimpiadalardan olan nəticələrini nəzərə alıb qəbul ediblər. Amma illik odənişi ödəyə bilmədiyi üçün təhsili ardınca gedə bilməyib.(Modern.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol