• $
  • €
  • ₽
  • ₺
  • £

Müalicədən qayıdan İmran Cəfərzadə ilk dəfə danışdı - VİDEO

Müalicədən qayıdan İmran Cəfərzadə ilk dəfə danışdı - VİDEO
22.04.2014 09:58
9 ay əvvəl Nabrandakı istirahət mərkəzlərinin birində su nasosunun işə düşməsi nəticəsində bir ayağını itirmiş 3 yaşlı İmran Cəfərzadənin işi ilə bağlı məhkəmə prosesinin ilkin hazırlıq iclası keçirilib.ANNET.Az ANS TV-yə istinadən xəbər verir ki, Xaçmaz Rayon Məhkəməsinin sədri Əlövsət Paşayevin verdiyi məlumata görə, hazırlıq iclasında zərərçəkən tərəfin nümayəndələri və hadisə ilə bağlı saxlanan istirahət mərkəzinin 4 əməkdaşı iştirak edib. Məhkəmə isə növbəti həftəyə təyin edilib. Əməkdaşlarımız isə İmran Cəfərzadənin özü ilə görüşərək onun vəziyyəti ilə maraqlanıblar. Almaniyada 14 əməliyyat keçirdikdən sonra ötən ay Bakıya qayıdan İmran Uşaq Bərpa Mərkəzində reabilitasiya kursu keçir.Balaca İmran ANS TV-nin müxbirinin “Sənə nə olmuşdu?” sualına yaşına uyğun bir cavab verib.Deyib ki, çap-çup edəndə ayağımı akula yeyib, özü də bilmədən həqiqəti etiraf edib uşaq. Akulalar heç də həmişə suda olmur ki? Su hovuzlarını, lap istəsən bütün bir dənizin suyunu almağa pulu çatan akulalar da var. İmran da məhz onlardan birinin tilovuna düşdü, 3 yaşında başı çox bəlalar çəkdi. İndi vəziyyəti yaxşıdır, Uşaq Bərpa Mərkəzində hər gün müalicəsi davam etdirilir. İmranın həkimi deyir ki, uşağın müalicəsi hələ uzun müddət davam etməlidir.İmranın babası Cavanşir Baxşıyev də nəvəsinin sağlamlığına qovuşmasından məmnun görünür. Babanı məmnun edən həm də Azərbaycan xalqının necə yüksək keyfiyyətlərə malik olmasıdır.Nuridə xanımın, balaca İmranın anasının isə yorğunluq sanki hələ də canından çıxmayıb.9 ayda düz 14 dəfə əməliyyat keçirən İmran həkimlərlə dostlaşıb. Amma ağrılarla dostlaşmağı onun balaca vücudu bacara bilməz. Ona görə də ən adi masaj belə onu incidir. Bizsə daha bu balacanı incitməyək. Ona müalicəsində uğurlar arzulayaq. O ki, bu balaca yaşında ayaq üstə durmağı bacardısa, deməli, hər şey yaxşıya doğrudur.Balaca İmrana həmişə ayaq üstə durmağı arzu edirik. Bunun üçün yenə də yəqin ki, ölkənin birinci şəxsindən tutmuş hamı onun yanında olacaq.ANNET.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol