• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbələdə villa kirayələmək istəyən şəxs dələduzluqla üzləşib

Qəbələdə villa kirayələmək istəyən şəxs dələduzluqla üzləşib
28.06.2022 21:43
Sosial şəbəkə istifadəçisi "Instagram”da dələduzluqla üzləşib.

Müraciət edən vətəndaş iddia edir ki, istirahət üçün ev kirayələmək istəsə də, ona qarşı dələduzluq olub.

O bildirib ki, Qəbələdə ev icarəyə götürmək üçün pul ödəyib:

"Instagram”da "kirayevillavip” səhifəsindən istirahət üçün villalardan birini kirayələmək istədim. Mənə bildirdilər ki, bunun üçün 50 faiz ödəniş olmalıdır. Mən də verilən karta 150 manat ödəniş yolladım. Daha sonra telefon zənglərimə cavab verilmədi”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edilməsi halları ilə bağlı DİN-ə çoxsaylı müraciətlər daxil olur:

"Həmin müraciətlərin hər biri araşdırılır və keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində bu kimi neqativ əməlləri törədən şəxslər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbir görülür. Eyni halla rastlaşan həmin şəxs də bu barədə "102” Xidməti Zəng Mərkəzinə və yaxud aidiyyəti üzrə ərazi polis orqanına, eləcə də DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilər.

Bir daha sosial şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, əmin olmadıqları halda əvvəlcədən ödəniş etməməyi tövsiyə edirik”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol