Nazir vətəndaşların şikayəti əsasında tapşırıqlar verdi

Təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarında qeydiyyatda olan sakinlər, eləcə də qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib.
Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin köçürülməsi, təhsil haqqı, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























