• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni biznes strukturlarının 25%-ni qadınlar yaradır

Yeni biznes strukturlarının 25%-ni qadınlar yaradır
29.06.2022 12:00
Dünyada yeni biznes strukturlarının 25%-ni qadınlar yaradır, bunu Azərbaycan-Özbəkistan qadın sahibkarların biznes forumunda çıxış edərkən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
 
"Bu, qadınların iqtisadi təşəbbüsünün həqiqətən artdığını göstərir. Gender bərabərsizliyinin aradan qaldırılması 2025-ci ilə qədər qlobal ÜDM-i 26 faiz artıracağına şərait yaradacaq. Lakin səy olmazsa, iqtisadiyyatda gender bərabərliyi yalnız 260 ildən sonra yarana bilər. Ona görə də bu gün dünyada kiçik və orta biznesə, xüsusən də qadın sahibkarlığına maraq artır", -  Hicran Hüseynova qeyd edib.
 
Hicran Hüseynovanın sözlərinə görə, Azərbaycanda qadın sahibkarların dəstəklənməsi və Qarabağın bərpasına cəlb edilməsi üçün zəruri şərait yaradılıb.

"Onlarla qadın Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı biznes layihələrini təqdim ediblər və bu layihələr dövlət tərəfindən qəbul olunub", - deputat əlavə edib.

Özbəkistan Respublikasının Ali Məclisinin Senatının sədri Tənzilə Narbayevanın Azərbaycana rəsmi səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə iyunun 29-da Bakıda Azərbaycan-Özbəkistan qadın sahibkarlarının biznes forumu keçirilir. Biznes forum işini B2B görüşləri ilə davam etdirəcək.
 
2022-ci ilin 1 yanvar tarixinə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş sahibkarların 21,4%-ni qadınlar təşkil edib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir ki, sahibkar qadınların 30,5%-i Bakıda, 10,1%-i Lənkəran-Astara, 8,8%-i Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Qadın sahibkarların əsas hissəsi xidmət (52,4%), kənd təsərrüfatı (24%) və digər sahələrdə fəaliyyət göstərirlər. 

Qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün Agentliyin təlim, məsləhət, beynəlxalq ixtisasartırma, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, sərgilərdə iştirak, "kobmarket.az” ticarət portalı, daxili bazar araşdırması, "Startap” şəhadətnaməsi və s. dəstək və xidmətlərindən yararlanırlar. İndiyədək 5 qadın sahibkara qrant, 4 qadın sahibkara "Startap” şəhadətnaməsi verilib. 2021-ci ildə və cari ilin yanvar-fevralında 30-a yaxın qadın sahibkarın ölkəmizdə və xaricdə keçirilmiş sərgilərdə iştirakı dəstəklənib. Ötən il Agentliyin KOB inkişaf mərkəzləri tərəfindən təşkil olunmuş təlim və məsləhət xidmətlərindən 9 minə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadınlar faydalanıb. KOBİA-nın əlaqələndiricisi olduğu beynəlxalq ixtisasartırma proqramından faydalanmış sahibkar və menecerlərin 21%-ni qadınlar təşkil edir.

İşğaldan azad olunmuş ərazilərimizdə biznes qurmaq istəyən, eləcə də iş və xidmətlərini təklif edən sahibkarlardan indiyədək KOBİA-ya 1000-dən çox müraciət daxil olub ki, bunun 50-yə yaxını qadın sahibkarlara məxsusdur.




 
Ləman Qasımova



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol