Ukraynada yaralanmış azərbaycanlı sürücüdən XƏBƏR VAR

Bu il fevralın 28-də Ukraynanın Xarkov şəhərində baş vermiş toqquşmalar zamanı ağır güllə yarası almış Azərbaycan vətəndaşı Samir Tahirov yaxın vaxtlarda vətənə qayıdacaq. Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) məlumat yayıb.
Məlumatda deyilir ki, Tahirov ilk olaraq Xarkov şəhər Balakleyskaya Klinik Xəstəxanasına yerləşdirilib. O, iki dəfə əməliyyat olunsa da, vəziyyəti kritik ağır kimi qiymətləndirilib. S.Tahirov martın 18-də humanitar dəhliz vasitəsilə, xüsusi təcili tibbi yardım avtomobili ilə Moldovaya təxliyyə edilib, bu ölkənin paytaxtı Kişinyovdakı xəstəxanalardan birinə yerləşdirilib.
O, əlavə iki cərrahi əməliyyat keçirib, həyati riski, yaralının daha peşəkar və ixtisaslaşmış tibb müəssisəsində yekun əməliyyat və müalicə olunması zərurəti nəzərə alınaraq, aprelin 1-də təcili tibbi yardım təyyarəsi ilə Türkiyənin paytaxtı Ankaraya aparılaraq Gülhanə Hərbi Tibb Akademiyasına yerləşdirilib. Türk həkimlərin səyləri nəticəsində S.Tahirov sağlamlığına qovuşub. Son həkim komissiyasının qərarından sonra onun ölkəyə gönərilməsi gözlənilir.
Sürücünün Türkiyəyə nəqli və müalicəsi xərclərini ABADA qarşılayıb.
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) mətbuat katibi Ruslan Eldaroğlu anews.az-a bildirib ki, indiyə kimi 36 nəqliyyat vasitəsi üzrə 39 sürücü Ukraynadan təxliyə edilib. Onun sözlərinə görə, bu sürücülərdən yalnız biri hazırda Türkiyədə müalicə olunur.
"Digər sürücülər hazırda Azərbaycanda beynəlxalq yükdaşımaları həyata keçirir. Ukrayanaya isə hazırda yük daşıma yoxdur. Səbəbi isə Rusiya üzərindən Ukraynaya getmək mümkün idisə, indi bu əraziyə getmək üçün 3700 kilometrə qədər məsafə qət etmək lazımdır", - Eldaroğlu söylədi.

Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır. Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır. Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib