• $
  • €
  • ₽
  • ₺
  • £

"Qanlı dairə" adlandırılan ərazidə işıqfora ehtiyac var - Sürücülərdən xahiş

"Qanlı dairə" adlandırılan ərazidə işıqfora ehtiyac var - Sürücülərdən xahiş
29.06.2022 13:24
Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunu Biləsuvar şəhərinə birləşdirən hissəsindəki dairəni sürücülər "Qanlı dairə" adlandırırlar. Bu barədə "Report"un Muğan bürosuna sürücülər danışıb.

Onlar bunun səbəbini yolun bu hissəsində baş vermiş çoxsaylı qəzalarla əlaqələndiriblər.

"Demək olar ki, hər həftə bu ərazidə ən azı bir ağır qəza baş verir. Yolun bu hissəsində heç kim bir birini gözləmir. Nəticədə də ağır yol qəzaları baş verir. Yolun bu hissəsinə işıqfor quraşdırılmasını aidiyyəti orqanlardan xahiş edirik", - sürücülər deyib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə digər şəhər və rayonlarda olduğu kimi Biləsuvarda da yeni yol nişanlarının və işıqforların quraşdırılması, zolaqların çəkilməsi təmin edilir. Onun sözlərinə görə, sözügedən əraziyə də Biləsuvar RPŞ-nin və aidiyyatı qurumun əməkdaşları tərəfindən baxış keçiriləcək və müvafiq qərar qəbul ediləcək. (report.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol