Yol qəzası olub - Ölən və xəsarət alanlar var

Cəlilabadda ağır yol qəzası baş verib.
Hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, qəza zamanı "Hyundai santa fe” markalı minik avtomobili ilə "VAZ 2107" markalı minik avtomobili toqquşub.
Nəticədə avtomobillərin sürücüləri müxtəlif dərəcəli xəsarətlər alıblar. Bir nəfər sərnişin isə hadisə yerində ölüb.
Yaralılar rayon xəstəxanasına çatdırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























