AŞPA Azərbaycanda bu şəxslərin təhlükəsizliyi ilə bağlı məruzə hazırlayacaq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu "Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyat və təhlükəsizliyi üçün təhlükələr" adlı hesabat hazırlamaq haqqında qərar qəbul edib. Bu barədə AŞPA-nın rəsmi saytı məlumat yayıb.
Məruzəni AŞPA-nın Hüquq məsələləri və insan hüquqları Komitəsi hazırlayacaq.
Məlumatda deyilir ki, Mədəniyyət, elm, təhsil və KİV Komitəsinə bu məsələ ilə bağlı rəy hazırlamaq da tapşırılıb.
2022-ci il mayın 2-də bir qrup AŞPA deputatı Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyat və təhlükəsizliyi üçün təhlükələr haqqında qətnamə qəbul etmək təşəbbüsü ilə çıxış edib. Belçikalı deputat Kristof Lakruanın təşəbbüsünü AŞPA-nın 24 ölkədən olan 37 üzvü dəstəkləyib.
Deputatlar xüsusən jurnalist və LGBT fəalı Əvəz Şıxməmmədovun (Əvəz Hafizli) fevralın 22-də öz evində öldürülməsinə, bloger və hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin oğurlanmasına, habelə Azərbaycanda və xaricdə araşdırmaçı reportyorlar üçün təhlükələrə istinad ediblər.
Avropa Şurası Parlament Assambleyası (AŞPA) insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin müdafiəsi ilə məşğul olan 46 dövlətdən ibarət beynəlxalq təşkilat olan Avropa Şurasının parlament qoludur.
Assambleya Avropa Şurasına üzv dövlətlərin milli parlamentlərini təmsil edən 306 üzvdən ibarətdir və adətən ildə dörd dəfə Strasburqda bir həftəlik plenar iclaslarda toplanır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























