Britaniya Qarabağda minaların təmizlənməsinə maraqlıdır

Böyük Britaniya Qarabağda minaların təmizlənməsi prosesinə əlavə vəsaitin ayrılması məsələsini nəzərdən keçirir. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.
"Böyük Britaniya minaların təmizlənməsi prosesində Azərbaycana kömək göstərməkdən məmnundur. Biz bu istiqamətdə daha çox maliyyənin ayrılması üçün yeni imkanlar axtarırıq. Ümid edirəm ki, tezliklə yeni maliyyələşmə barədə elan edəcəyik", - o bildirib.
Onun sözlərinə görə, Böyük Britaniya artıq BMT İnkişaf Proqramına Azərbaycan Minatəmizləmə Agentliyinə dəstək üçün 500 min funt sterlinq vəsait ayırıb. Səfir qeyd edib ki, Britaniya şirkətləri Azərbaycana texniki məsləhətlər, qeyri-texniki xidmətlər, minalar əleyhinə fəaliyyət standartları təqdim edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























