• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının Nərimanov rayonunda üç küçə əsaslı təmir edilib

Bakının Nərimanov rayonunda üç küçə əsaslı təmir edilib
29.06.2022 23:30
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Əbdüləzəl Dəmirçizadə küçəsinin Təbriz küçəsindən Aşıq Alı küçəsinə qədər olan 284 metrlik hissəsində apardığı əsaslı təmir işlərini yekunlaşdırıb. Bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, ortalama eni 14 metr olan küçədə aparılan təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, mövcud piyada səkiləri 1 123 kv.m sahədə bərpa olunub, küçəboyu 607 p/m yeni səki daşları düzülüb. Küçəboyu 4187 kv.m əraziyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Təmir işləri rayonun 261 metr uzunluğa malik Aşıq Alı və uzunluğu 275 metr olan Yəhya Bakuvi küçələrində də aparılıb.

Ortalama eni 15 metr olan Aşıq Alı küçəsinin təmiri zamanı 4339 kv.m, eni 9 metr təşkil edən Yəhya Bakuvi küçəsində isə 2880 kv.m əraziyə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Aparılan yenidənqurma işləri zamanı küçələrdə kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. Son mərhələdə küçələr zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol