• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Etibar Əliyev yalan deyirsə cəzalandırılsın - İdarə rəhbərindən AÇIQLAMA

Deputat Etibar Əliyev yalan deyirsə cəzalandırılsın - İdarə rəhbərindən AÇIQLAMA
30.06.2022 10:11
Etibar Əliyevin əlində tutarlı dəlillər varsa, buyurub hüquq mühafizə orqanlarına müraciət etsin və məsələnin dərinliyinə gedilsin. Əgər o, yalan deyirsə, o, cəzalandırılsın. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deputat Etibar Əliyevin idarənin müdir müavini Xəyalə Əhmədzadənin qanunsuz təyinatlarla məşğul olması barədə səsləndirdiyi iddialara münasibət bildirərkən deyib.

İdarə müdiri jurnalistlərə açıqlamasında deyib ki, belə əsassız iddiaların rəsmi şəxs tərəfindən səsləndirilməsi təəssüf doğurur.

"Mənə elə gəlir ki, hər hansı fikir rəsmi şəxs tərəfindən səsləndirilirsə, onun əsası olmalıdır. Əgər hər hansı bir əsası varsa, biz hazırıq. Bunun üçün hüquq mühafizə orqanları var, rəsmi qurumlar var. Ora müraciət edib, məsələnin həllinə yönəlməlidirlər. Boş-boş danışmaqla deyil. Mən də çox şeyi deyə bilərəm, iddia edə bilərəm. Hesab edirəm ki, iddialar əsaslı olmalıdır. Əgər Etibar Əliyevin əlində tutarlı dəlillər varsa, buyurub hüquq mühafizə orqanlarına müraciət etsin və məsələnin dərinliyinə gedilsin. Əgər günahkar biziksə, biz cavab verək. Yox, əgər o, yalan deyirsə, o, cəzalandırılsın" -  o qeyd edib.
 
İyunun 29-da deputat Etibar Əliyev sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, Azərbaycan məktəbləri əsl poliqona çevrilib.

"Bakı məktəb direktorlarının bildirdiyi kimi, bir məktəb monopolisti də var, lakin onu gizlədirlər. BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə. Yuxarıdakı dost və aşnalarına arxalanaraq idarə içində idarə yaradıb. Baxça monopoliyası da ona verilib. Deyirlər ki, "kəsdiyi başa zaval yoxdur”. Direktor təyinatı məsələsini anındaca həll edir…Fuad Babayevlə rəqabətdə irəli də keçə bilib. Məktəbi dağıdanlardan qoruyaq!” – Əliyev qeyd edib. 
 
Ləman Qasımova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol