Sumqayıt-Bakı qatarında gedənlərə HƏDİYYƏ VERİLİB

Bu gün, iyunun 30-da Sumqayıt-Bakı qatarının 400 nəfər sərnişininə "LIBRAFF” kitab mağazaları şəbəkəsindən kitav verilib. Bu barədə şəbəkənin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Sərxan Rüstəmov anews.az-a bildirib.









www.anews.az
"TEASS Press” nəşriyyatının seçmə kitablarından ibarət bu sürprizlər sərnişinlərin böyük marağına və sevincinə səbəb olub.
Rüstəmov bildirir ki, kitablar gecədən qatarda oturacaqlara qoyulub və səhər ilk minən sərnişinlərə hədiyyə edilib. Onun sözlərinə görə, fləşmobda əsas məqsəd insanlarda kitaba maraq yaratmaq və Sumqayıt sakinlərini yeni mağazaya dəvət etmək olub.
Cari ilin iyulun 2-də "Libraff" kitab mağazaları şəbəkəsi Sumqayıt şəhərində yeni filial açılıb.
Müasir kitab mağazaları şəbəkəsi "LlBRAFF” 2017-ci ildə yaradılıb. Hazırda Bakıda 5, Gəncədə 1, Sumqayıtda 1 mağaza fəaliyyət göstərir.
Sərxan Rüstəmovun sözlərinə görə, mağazalar şəbəkəsi filiallarının sayını artırmağı yaxın gələcək üçün planlayır.









Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























