Ali Məhkəmə Mətanət İsgəndərlinin nəvələri ilə bağlı qərar verdi

Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərimlə keçmiş gəlini Canana arasındakı məhkəmə prosesi başa çatıb. Ali Məhkəmənin qərarı ilə 3 uşağın qəyyumluğunu anaya verilib. Bu barədə Canana özünün "Facebook” hesabında paylaşım edib.
"Qalibəm və xoşbəxtəm, bu gün vəkilim 3 övladımı da Ali Məhkəmənin mənə verdiyi xəbərini çatdırdı. Artıq mən də rahat nəfəs ala biləcəyəm. Mənə bu yolda dəstək olan hər kəsə təşəkkür edirəm. Balalarımın üçü də mənim adımdadır. Çox şükür”, - o dedi.
Kərim və Canana ötən ilin oktyabrında qalmaqallı şəkildə boşanıb. Üç uşağın qəyyumluğu ataya verilib. Canana daha sonra Apellyasiya məhkəməsinə müraciət edərək, uşaqları geri alıb. Bu qərarla razılaşmayan Kərim Ali Məhkəməyə müraciət edib.
Kərim ikinci dəfə ailə qurub və həyat yoldaşı ana olmağa hazırlaşır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























