Oxçuçayın çirklənməsinin fəsadları nə ola bilər? - Ekoloqlar danışır

Azərbaycan Oxçuçayın çirkləndirilməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətə müraciət edib, amma təəssüf ki, bu problem hələ də həll olunmayıb. Bunu Azərbaycanın ekologiya naziri Muxtar Babayev çıxış edərkən bildirib.
Bu çirklənmə davam etsə fəsadları necə olacaq?
Ekoloq Ənvər Əliyev bildirir ki, Oxçuçayın çirkləndirilməsinin səbəbi Ermənistan tərəfindən əlvan meterologiya tullantılarının atılmasıdır.
"Burada tullantılar, kimyəvi maddələr həddindən artıq çoxdur. Bu tullantıların Ermənistan tərəfindən edilməsi SSRİ vaxtından var. Həmin vaxtdan bu günə qədər Oxçuçay çaydan suvarmada istifadə edə bilmirdilər. O zamanlar sudan məcburi istifadə edirdik. Hazırda Azərbaycan müstəqil dovlət olaraq, tədbirlər görə bilər. Ermənistan bu günə qədər heç bir beynəlxalq tranzit çaylarla bağlı sazişlərin heç birinə qoşulmayıb. Azərbaycan bu məsələyə ciddi yanaşmalıdır. Hüquqi yollarla müəyyən tədbirlər görə bilər. Fikrimcə, bu barədə ciddi işlərin görülməsi hələ tezdir. Amma buna baxmayaraq bu məsələyə ciddi yanaşmaq lazımdır",- ekoloq bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, dosent Sadıq Qarayev söyləyir ki, çayın çirklənmə səbəbi Ermənistanın Qafan rayonunda yerləşən mədən sanaye obyektlərinin fəaliyyətidir.
"Xüsusən orda mis mənbələri var və mədən işləri aparılır. Mədəndə toplanan xam malların emal zamanı kimyəvi maddələrdən istifadə olunur. Həmin maddələr də bir başa Oxçuçaya axıdılır. Burada nəzarət mexanizmi yoxdur. Ona görə də orda nadir balıq növləri yox olub. Bu da çayın zəhərlənməsini göstərir",- ekoloq vurğulayıb.
Oxçuçay Arazın sol qoludur. Ermənistan Qafan rayonu və Azərbaycanın Zəngilan rayonu ərazisindən keçir. Uzunluğu 85 km, hövzəsinin sahəsi 1140 km²-dir. Başlanğıcını Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürür. 2021-ci ilin martın 7-də Oxçuçay çayının Zəngilanın Şayıflı və Cahangirbəyli kəndlərindəki hissəsində aparılan vizual monitorinq zamanı Azərbaycanın "Qırmızı kitab"ına daxil edilən 227 kiçik qızılxallı balıq və 330 şirbit balıqlarının kütləvi ölümü müşahidə edilib.
1992-ci ildə Helsinki (Finlandiya) şəhərində qəbul edilmiş bu beynəlxalq sənəd transsərhəd səth və yeraltı sularının ekoloji cəhətdən etibarlı idarə olunmasına və qorunmasına yönəlmiş milli tədbirlərin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün bir mexanizm rolunu oynayır. Bunu nəzərə alaraq ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi Oxçuçayın ekoloji böhranı və kritik vəziyyəti, o cümlədən Ermənistan tərəfindən davamlı çirkləndirilməsi baxımından çay və onun ekosistemi üçün gözlənilən ekoloji risklər barədə məlumatlandırma və çirklənmənin qarşısnın alınması məqsədilə beynəlxalq təşkilatlara müraciət edib.
Bununla əlaqədar UNEP-in Avropa Ofisinin direktoru Bruno Pozziyə, UNECE-nin icraçı katibi Olga Algayerovaya göndərilən məktublarda Oxçuçayın ekoloji böhran vəziyyətində olması və məsələnin ciddiliyi barədə məlumat verilib, Ermənistan tərəfindən bölgənin unikal ekosisteminin dönməz məhvinə səbəb olan transsərhəd çirklənmənin qarşısını almağa çağırış edilib. Oxçuçayın ekoloji deqradasiyası barədə və Ermənistanın belə davamlı çirkləndirmə fəaliyyətinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsi tələbi ilə UNECE-nin Konvensiya katiblərinə - Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi üzrə Katib cənab Sonja Koeppelə, eləcə də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Konvensiyanın Katibi xanım Tea Aulavuoya da müvafiq müraciətlər edilib.

2021-ci ilin yanvar-martında bu çaydan götürülmüş su nümunələri üzərində aparılmış laboratoriya analizinə görə, çayda ağır metal tərkibinin çox olduğu aşkarlanıb. Bundan başqa, Oxçuçay hövzəsində farel balıqlarının və (Qırmızı Kitaba düşmüş) digər balıq növlərinin kütləvi məhv olması qeydə alınıb. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabatına görə, bu çayda mis-molibdenin miqdarı normadan 2, dəmirin 4, nikelin isə 2 dəfə artıqdır. Çayın suyunun rənginin ağ və tünd sarı rəng alması bununla izah edilir.
Çayın suyundan götürülmüş nümunələrin və çöküntülərin son təhlili Nazirliyin sifarişi ilə Almaniyada yerləşən, beynəlxalq akkreditasiyadan keçmiş və sertifikatlaşmış SGS laboratoriyasında aparılıb. Hesabatlar göstərir ki, çayın çirklənmə səviyyəsi kritik həddə çatıb.

Qətərin "The Peninsula” nəşrində dərc olunmuş "Azərbaycan transsərhəd Oxçuçay çayının çirkləndirilməsi ilə bağlı həyəcan təbili çalır” başlıqlı məqalə dərc olunub. Qəzet yazır ki, ölkənin su resurslarının 70%-i qonşu ölkələrdə formalaşan su kütlələrindən son dərəcə asılıdır, Oxçuçayın suyundan isə suvarmada geniş istifadə edilir. Çayın aşağı axarı Araz çayına tökülür, bununla da bu çayın suyunun keyfiyyəti də kənd təsərrüfatı sənayesi üçün yararsız hala gəlir.
Oxçuçayın çirklənməsi faunanın məhv olması ilə yanaşı həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Belə sudan istifadə həzm pozuntuları, böyrəklərdə və sümük toxumasında destruktiv proseslərdan tutmuş orqanizmin ürək-damar, əsəb və və qan dövranı sistemlərinin xəstəlikləri kimi çox zərərli fəsadlara səbəb ola bilər.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib