Nazirlik ADR-in sənədlərini geri qaytardı

Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının qeydiyyat üçün təqdim etdiyi sənədləri ikinci dəfə geri qaytarıb. Bu barədə partiya məlumat yayıb.
Qurumun 16 mart tarixli məktubla Ədliyyə Nazirliyinə (ƏN) dövlət qeydiyyatına alınması üçün təqdim etdiyi qeydiyyat sənədlərini iyunun 21-də geri qaytarılıb.
Partiyanın sədri Qubad İbadoğlu bildirib ki, ADR Partiyası yaranandan ötən 8 aydır qeydiyyat məsələsi ilə məşğuldur.
"İndiyə qədər bu məqsədlə Ədliyyə Nazirliyinə iki dəfə müraciət olunub, hər müraciət orta hesabla dörd ay vaxt aparıb. Ədliyyə Nazirliyində siyasi pariyaların qeydiyyat proseduru çox uzundur, şəffaf deyil, qərarlar bağlı qapı arxasında qəbul edilir. Nazirlik bütün qeyd və iradlarını birinci müraciətə cavab məktubunda göstərməli oduğu halda onu etməməklə, hər dəfə bir-iki irad göstərməklə qanunun tələblərini pozur", - partiya sədri söyləyib.
Qubad İbadoğlunun fikrincə, ADR Partiyasının qeydiyyatına olan hazırkı münasibət hüquqi normalarla deyil, siyasi münasibətlə əlaqədardır.
"Mövcud hakimiyyət birləşmək azadlığını pozmaqla gerçək müxalif mövqedə olan yeni siyasi təşkilatın yaranmasına mane olur və bununla da ADR-in qısa zaman ərzində artan ictimai nüfuzundan ehtiyatlandığını nümayiş etdirir", - o deyib.
Partiya sədri deyib ki, üçüncü dəfə Ədliyyə Nazirliyi imtina cavabı verdiyi təqdirdə məhkəməyə müraciət edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























