• $
  • €
  • ₽
  • ₺
  • £

Audiovizual Şura iclas keçirdi - “MTV”yə xəbərdarlıq edildi - Video

Audiovizual Şura iclas keçirdi - “MTV”yə xəbərdarlıq edildi - Video
30.06.2022 19:30
Audiovizual Şuranın yayım zamanı qanunvericiliyin pozulması faktı ilə əlaqədar iclası keçirilib. Bu barədə şuradan məlumat verildi.
 
İclasda "MTV” televiziya kanalının efirində iyunun 25-i saat 12:00-13:00 arası yayımlanan "MTV maqazin” proqramında "Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) tələbinin pozulması faktı müzakirə olunub.

Belə ki, qeyd olunan proqramın yayımı zamanı (saat 12:44-də) müsahibə alınan müğənni tərəfindən "...Ailəni dağıtdın e. Bax, o, kişidi. Yenə də gedib ikinci dəfə evlənəcək. Ay yazıq qadın, bəs sən neynəyəcəksən? Bax, uşaqla da qalacaqsan evin bir küncündə...ikinci dəfə ərə gedəcəksən. O ya çata, ya bata. Uşaqla kimdi səni alan?... Oturacaqsan evdə tək?... boşananlar var ha (qadınlar nəzərdə tutulur), 99 faizi hamısı peşmandı. Nəyə görə? Oturub evdə, ailə yox, bir uşaqla, ərə gedə bilmir, saxlayanı yoxdu... nə xanım kimi xanımdı, ya nökər kimi nökərdi...” ifadələri səsləndirilib.

Efirdən bu cür ifadələrin səsləndirilməsinə yayımçı tərəfindən imkan yaradılması Azərbaycanda gender bərabərliyi və bu kontekstdə insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən fəaliyyətə kölgə salmaqla yanaşı, cəmiyyətdə baş verən boşanma və ailə dağılması prosesində zərərçəkən tərəf kimi yalnız qadının göstərilməsi, onun "yazıq” simasının yaradılması cinsi ayrıseçkiliyin təbliği hesab olunur və bununla da "Media haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələbi pozulur.

Aparılan müzakirələrdən sonra Azərbaycan Audiovizual Şurası "Muz TV Azərbaycan” peyk yayımı həyata keçirən platforma yayımçısına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul edib.

Sözügedən fikirləri müğənni Kərim Abbasov səsləndirib.
 

 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol