7000 nəfərə "Müharibə veteranı" adı veriləcək

Müharibədə iştirak edən 7 000 nəfərdən artıq vətəndaşın sənədləri "Müharibə veteranı" adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib. Bu barədə Müdafiə Nazirliyinin rəsmi feysbuk səhifəsi məlumat yayıb.
Bu günədək Vətən müharibəsində iştirak etmiş 76 000 nəfərə "Müharibə veteranı" adı verilib.
www.anews.az
Məlumatlar Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən göndərilib.Arayış-məlumatları göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları "Müharibə veteranı" adının verilməsi üçün "Zəfər” altsisteminə daxil ediləcəkdir.
Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























