Dövlət Vergi Xidməti bu mövzuda müzakirələr aparacaq

Dövlət Vergi Xidməti vətəndaşlara məxsus mənzillərin kirayəyə verilməsi zamanı olan qanunsuzluqları aradan qaldırmaq üçün müzakirələr aparacaq. Bunu Dövlət Vergi Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkil etdiyi təlimdə qurumun idarə rəisi Rəşad Nuriyev bildirib.
"Belə hallar aşkar edildikdə həmin hüquqi şəxsə müvəqqəti rəhbər təyin olunmuş şəxslərin ölkədən çıxışına qadağa qoyulur. Əgər külli miqdarda vergidən yayınma varsa, Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət işi açılır", - vergi rəsmisi qeyd edib.
www.anews.az
"Hazırda kirayə mənzil bazarında vergidən yayınma halları var. Şəxslər öz aralarında razılaşaraq müqavilə bağlamırlar. Bütün bunları nəzərə alaraq kirayə mənzil bazarı iştirakçılarını növbəti illərdə vergi ödəməyə məcbur ediləcək- rəis bildirib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Qeydiyyatı Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının təhlili şöbəsinin rəisi Leyla Hüseynzadə bildirib ki, son zamanlar vətəndaşların xəbəri olmadan onların adlarına hüquqi şəxslərin qeydiyyatdan keçirilməsi ilə bağlı vergi orqanlarına müraciətlər daxil olur.
Onun sözlərinə görə, ölkədə əlavə dəyər vergisindən yayınmaq üçün bir neçə şirkət yaradan işbazlar var. Bu şirkətlər isə adətən başqalarının adına yaradılır. Bunun üçün işbazlar vətəndaşların etibarından istifadə edərək onlardan aldıqları etibarnamə əsasında "ASAN İmza" əldə edirlər.
Onun sözlərinə görə, ölkədə əlavə dəyər vergisindən yayınmaq üçün bir neçə şirkət yaradan işbazlar var. Bu şirkətlər isə adətən başqalarının adına yaradılır. Bunun üçün işbazlar vətəndaşların etibarından istifadə edərək onlardan aldıqları etibarnamə əsasında "ASAN İmza" əldə edirlər.
"Belə hallar aşkar edildikdə həmin hüquqi şəxsə müvəqqəti rəhbər təyin olunmuş şəxslərin ölkədən çıxışına qadağa qoyulur. Əgər külli miqdarda vergidən yayınma varsa, Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət işi açılır", - vergi rəsmisi qeyd edib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























