• $
  • €
  • ₽
  • ₺
  • £

"Müdafiə Xətti" iyulun 1-də etiraz aksiyası keçirəcək

"Müdafiə Xətti" iyulun 1-də etiraz aksiyası keçirəcək
30.06.2022 17:39
"Müdafiə Xətti" hüquq müdafiə təşkilatı iyulun 1-də Məhkəmə-Hüquq Şurasının binası qarşısında etiraz aksiyası keçirəcəyi barədə qərar qəbul edib. Bu barədə Hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat yayıb.

Rüfət Səfərov bildirib ki, aksiyada məhkəmələrin qanunvericiliyin tələblərinə zidd olaraq qapalı keçirlməsinə etiraz ediləcək.

"Məhkəmələrin xüsusilə siyasi yüklü mühakimələri məzhəkəyə çevirmələri azlıq edirmiş kimi "açıq tamaşaları" bağlı elan edirlər, işlərin icraatı qapalı aparılır. Hüquq müdafiəçilərini, media mənsublarını, vətəndaş cəmiyyəti fəallarını məhkəmə zallarına buraxmırlar. Ümumiyyətlə, bir qayda olaraq, vəkillərdən və təqsirləndirilən şəxslərin ailə üzvlərindən savayı kimsəni prosesə buraxmırlar" , o qeyd edib.
 
Səfərov bildirib ki, aksiya sabah saat 16-00-da baş tutmalıdır.

"Məhkəmə-Hüquq Şurasının qarşısında (Bakı Apellyasiya Məhkəməsinin yanı, Zahid Xəlilov-540) açıq və ədalətli məhkəmə tələbilə etiraz aksiyası keçirəcəyik. Tələblərimizi səsləndirəcəyik, qətnaməmizi oxuyacağıq, əgər Məhkəmə-Hüquq Şurasının Aparatından şəxsən dinləmək istəsələr, görüşüb naraharahtçılığımıza səbəb olan hüquqi məsələləri bildirəcəyik və gəldiyimiz yerlərə dönəcəyik. Polis əməkdaşlarına müraciət edirik ki, təhlükəsizliyimizi təmin edib, aksiyanın keçirilməsinə əngəl olmasınlar", - Səfərov deyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin sözlərinə görə, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan keçiriləcək istənilən qeyri-qanuni aksiyanın qarşısı alınacaq.

"Tövsiyə olunur ki, aksiya keçirmək arzusunda olan şəxs və ya şəxslər bunu qanunla müəyyən edilmiş qaydada həyata keçirsinlər" , o qeyd edib.
 
"Müdafiə Xətti" hüquq müdafiə təşkilatı 2021-ci ildə təsis edilib. Təşkilatın təsisçiləri keçmiş müstəntiq, siyasi məhbus kimi tanınan Rüfət Səfərov, hüquqşünas Rəşid Hacılı, keçmiş vəkil Əlayif Həsənov, ictimai fəallar Zəfər Əhmədov, Sayğın Rüstəmli, Zaur Əkbər və jurnalist Təzəxan Mirələmlidir.

Ləman Qasımova




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol