Üç azyaşlı anasının sevgilisi tərəfindən döyüldü - DİN-dən açıqlama

Sumqayıtda üç azyaşlı fiziki zorakılığa məruz qalıb, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə öz feysbuk hesabında paylaşım edib.
"Ana sevgilisi ilə birlikdə narkotik aludəçisinə çevrilib. Uşaqları təhlükəsizlik baxımından xala ilə baba sığınacağa yerləşdirib. Narkotik aludəçisi cinayətini örtbasdır etmək üçün nələrə əl atmaz ki... 1 ildir ki, uşaqlar təhsildən yayınıblar”, - o deyib.
www.anews.az
O bildirib ki, uşaqlar anasının sevgilisi tərəfindən döyülüb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi (Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi başlanılıb.
"Azyaşlılara yetirilən xəsarət dərəcəsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Uşaqlara xəsarət yetirməkdə şübhəli bilinən T.Mehdiyevin saxlanılması istiqamətində tədbirlər aparılır. İstintaqın gedişindən asılı olaraq əmələ obyektiv hüquqi qiymət veriləcək”, - qurum rəsmisi deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























