• $
  • €
  • ₽
  • ₺
  • £

Zaur onu tənqid edənləri ələ saldı - Video

Zaur onu tənqid edənləri ələ saldı - Video
01.07.2022 10:24
Aparıcı Zaur Kamal ARB telekanalında yayımlanan "Həmin Zaur” verilişində cənubi azərbaycanlı müğənni Afşin Azərini efirdən qovduğuna görə onu tənqid edənlərə cavab verib.

O, ötən axşam canlı efirini bu sözlərlə açıb.


"Uzaqdan qüsursuz, yaxından isə lazımsız insanlar gördüm bu həyatda. Amma lazımsızları uzaq etdim, lazımlılar qaldı yanımda. 25 ildir radio-televiziya təcrübəm var. Həmişə tamaşaçı qarşısına alnıaçıq çıxdım, həmişə tamaşaçı sevgisini hiss etdim. Damla-damla yığdığımız bu sevgini Allah-təala bizdən uzaq etməsin. Efirə ancaq sevincli hisslərlə çıxırıq. Bu gün də sevincimlə, gözəl ab-hava ilə bu günün gecəsini açıq elan edirəm”.

Maraqlıdır ki, Zaur Kamal etdiyi mədəniyyətsiz hərəkətinə görə ünvanına səsləndirilən tənqidi fikirlərdən sonra belə tamaşaçılardan üzr istəməyib, əksinə açıqlaması ilə onları ələ salıb.

Dünən sosial şəbəkələrdə sözügedən mövzu günboyu müzakirə olunsa da, ARB telekanalı hadisə ilə bağlı heç bir mövqe bildirməyib. Bu, azmış kimi, Zaur Kamalın yuxarıdakı açıqlamasını rəsmi yutub kanalında "Zaur Kamal dillərə düşməyindən danışdı: Lazımlı insanlar yanımdadır” başlığı ilə paylaşıb.
Görünür, tamaşaçı fikri, eləcə də ictimai qınaq nə telekanal üçün, nə də aparıcı üçün hər hansı bir məna kəsb edir...
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol