Uşaq bağçasındakı hadisə ilə bağlı bağça müdiri cəzalandırılıb

Biləsuvarda külək nəticəsində uşaq bağçasında 4 yaşlı uşaq ağır xəsarət alıb. Bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
Hadisə iyunun 29-da Biləsuvarın Əliabad kənd uşaq bağçasında baş verib.
"Hadisə ilə əlaqəli bildiririk ki, güclü külək nəticəsində qapı dolaba çırpılıb, dolabın qapısı 4 yaşlı İbrahimli Mircihad Samir oğlunun başına dəyib və alın nahiyəsindən yaralanıb. Uşaq aldığı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisə zamanı müəllim Quliyeva Reyhan Əzizağa qızı işdə olmayıb. O, səhhətində yaranan problemlərə görə bağça müdiri Əhmədova Şəfəq Adil qızından icazə alıb.
Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda uşağın vəziyyəti normaldır. Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri uşağı evində ziyarət edib, vəziyyəti ilə yaxından maraqlanıb.
Əliabad kənd uşaq bağçasının müdiri Şəfəq Əhmədova bağçada əmək intizamına nəzarət etmədiyi və uşaqların təhlükəsizliyini təmin etmədiyi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən gələcəkdə əmək intizamı tənbehinə cəlb edilib".
Biləsuvar rayonundakı uşaq bağçasında bədbəxt hadisə nəticəsində dörd yaşlı uşağın xəsarət aldığı barədə məlumat verilib.
Əliabad kənd uşaq bağçasının müdiri Şəfəq Əhmədova bağçada əmək intizamına nəzarət etmədiyi və uşaqların təhlükəsizliyini təmin etmədiyi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən əmək intizamı tənbehinə cəlb edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























