23 yaşlı şəxsə XİN-də yüksək vəzifə VERİLİB

Xarici İşlər Nazirliyində yüksək vəzifəyə 1998-ci il təvəllüdlü xanım Maliyyə İdarəsində şöbə müdiri təyin edilib.
Həmin şəxs ölkənin ali məktəblərindən birini bitirib, sonra isə Ədliyyə Nazirliyində və Hilton hotelində təcrübə keçib. Həmçinin, gənclərdə liderlik qabiliyyətlərinin inkişafı üzrə ixtisaslaşmış beynəlxalq QHT-nin təlimlərinə qatılıb.
XİN ölkənin aparıcı nazirliklərindən biri, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkənin xarici siyasətini formalaşdıran bir qurumdur və bu sistemdə işə qəbul olunmaq digər qurumlardan fərqli olaraq, ən çətin prosedurlardan biri sayılır. Mütəxəssislər on illərlə burada can qoyurlar ki, karyera pillələri ilə yüksəlsinlər və məlum bir mövqeyə qalxsınlar.
Maliyyə idarəsi də nazirliyin ən problemli strukturu olub və orada nizam-intizam yaratmaq üçün böyük güc sərf olunub. Amma məqsədə nail olunubmu? 23 yaşlı, heç bir təcrübəsi olmayan şəxsin şöbə müdiri vəzifəsinə təyin edilməsi bu suala müsbət cavab verməyə heç bir əsas yaratmır. Bu arada həmin gənc xanımın kimliyi redaksiyaya bəlli olsa da, etik səbəblərdən adını açıqlamırıq. Burada məqsəd qadının kimliyi deyil, bu vəzifəyə həyata keçirilən təyinatdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























