Meymunçiçəyi xəstəliyinin diaqnostika qaydaları açıqlanıb

Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə hazırladığı klinik protokolunda xəstəliyin diaqnostikası məlum olub.
Protokolda qeyd olunub ki, xəstəliyin olmasına şübhəli şəxslərə test edilməlidir.
Testin aparılması qərarı infeksiya ehtimalının qiymətləndirilməsi ilə əlaqəli olaraq həm klinik, həm də epidemioloji amillərə əsaslanmalıdır. Diaqnoz xəstədən götürülmüş patoloji materialda PZR (NAAT) üsulu ilə meymunçiçəyi virusunun DNT-nin aşkarlanması ilə təsdiq olunur.
Virusların təcrid edilməsi rutin diaqnostik prosedur kimi tövsiyə edilmir və yalnız müvafiq təcrübəsi və qoruyucu vasitələri olan laboratoriyalarda aparılmalıdır. Bu üsullar müntəzəm diaqnostikanın bir hissəsi kimi tövsiyə edilmədiyinə görə bu metodologiyaların xüsusi təfərrüatları bu sənəddə əks olunmur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























