Kürdəmirdə yağışdan sonra musiqi məktəbi - FOTO

Kürdəmir rayonunda musiqi məktəbi bərbad vəziyyətdədir.
Bu barədə ANNET.Az-a rayon sakini Afiq Hüseyn məlumat verib. Onun sözlərinə görə, rayonun dördyol adlanan hissəsində yerləşən bina tamamilə yararsız vəziyyətə düşüb. Musiqi məktəbində hər yağışdan sonra vəziyyət dözülməz halda olur.(Fotolardan bu aydın görsənir - red.) Hətta müəllimlər və şagirdlər kənara düzülmüş daşların üzərində addımlayaraq sinif otaqlarına gedirlər. Bir sözlə, binanın pəncərələri, tavanı, döşəməsi pis vəziyyətdə olduğundan bina sakinlər üçün xəstəlik mənbəyinə çevrilib.
A.Hüseyn saytımız vasitəsilə aidiyyatı qurumları məsələyə diqqət ayırmağa və mövcud vəziyyətin aradan qaldırılmasına çağırdığını bildirib.
Qeyd edək ki, Kürdəmir musiqi məktəbi 1966 cı ildə görkəmli bəstəkar Qara Qarayevin şəxsi təşəbbüsü ilə açılıb. 2016 cı ildə məktəbin 50 illiyi tamam olacaq.
Seymur
ANNET.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























