• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçiriləcək

Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçiriləcək
01.07.2022 18:04
İyulun 5-də "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva  bildirib ki, Xəzəryanı ölkələrin mütəxəssislərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və xarici ekspertlərin iştirakı ilə konfransda Xəzər dənizinin səviyyə tərəddüdləri və azalma səbəbləri, regional uyğunlaşma tədbirlərinin hazırlanması, birgə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Eyni zamanda, iqlim dəyişmələri üzrə hökümətlərarası ekspert qrupunun bu ilin iyun ayında Bonn şəhərində İqlim Dəyişmələri üzrə Çərçivə Konveniyasının Elmi və Texniki aspektlər üzrə Yardımçı Təşkilatının 56-ci sessiyasında təqdim etdiyi qiymətləndirmə hesabatının nəticələri, son onillikdə iqlim dəyişmələri tempinin artması və gələcəkdə gözlənilən tərəddüdlərə dair aparılan araşdırmalar ətrafında fikir mübadiləsi aparılacaq.

Xidmət rəisi qeyd edib ki, Xəzər dənizinin səviyyə tərəddüdlərinə dair orta və uzunmüddətli müxtəlif proqnoz-ssenarilər mövcuddur. Bu baxımdan, daha realist ssenarinin seçilməsi, buna uyğun Xəzər dənizinin sahilyanı əraziləri üçün Uyğunlaşma Planının hazırlarmasında regional yanaşmanın tətbiq edilməsi sahəsində birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məsələsinə baxılacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol