79 nəfərin diplomu tanınmayıb - SƏBƏB

2022-ci ilin iyununda 79 nəfərin diplom tanınması ilə bağlı müraciəti isə mənfi qərarla yekunlaşıb, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
İyun üzrə 287 müraciətçinin 208-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib.
Agentliyin məlumatına görə, Rusiya Federasiyasından 88, Türkiyə Respublikasından 71, Ukraynadan 66, Gürcüstandan 15, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 7, digər ölkələrdən isə 40 müraciətin olduğu müşahidə olunur.
Xaricdə təhsil alanların diplomları başqa hansı səbəbdən tanınmaya bilər?
Kamran Əsədov bildirir ki, əgər tələbə qiyabi və əyani-qiyabi təhsil alırsa, amma həmin ixtisas Azərbaycanda yalnız əyani əsaslarla təşkil olunursa, bu zaman diplom tanınmır.
"Yekun olaraq, əgər xaricdə tədris olunan ixtisas Azərbaycanda hər hansı bir ixtisasla ekvivalentlik (bərabərlik) təşkil etmirsə, təhsil qiyabi (Ukrayna xaric) və ya distant əsaslarla tədris olunursa, diplom və diplom əlavəsi leqallaşmırsa, universitet öz ölkəsində tanınmırsa, həmin diplomlar Azərbaycanda da tanınmayacaq. Yəni tələbə ixtisas seçimi edərkən onun tədris formasına da fikir verməlidir. Qiyabi təhsil alanlar həmin ölkənin ərazisində azı 15 gün, əyani təhsil alanlar isə 90 gün ərzində qalmalıdırlar. Əgər onların semestr ərzində təhsil aldıqları müddət bundan az olarsa, onların da diplomlarının tanınmasından imtina olunur. Təəssüflər olsun ki, xaricdə təhsil alan azərbaycanlıların yarısının diplomu ölkəmizdə tanınmır. Buna səbəb isə bəzən xaricdə təhsil şirkətləri, bəzən isə tələbə məlumatsızlığından olur", ekspert bildirdi.
Azərbaycanda 52 ali təhsil müəssisəsində, ümumillikdə, 163.779 tələbə təhsil alır. Bu tələbələrin 141.274-ü ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyur.
Ləman Qasımova
www.anews.az
İyun üzrə 287 müraciətçinin 208-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib.
Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 35, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 17 nəfərə mənfi cavab verilib. Təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə də 16, digər səbəblər üzrə isə 11 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 42, iqtisadiyyat üzrə 23, tibb üzrə 22, biznesin idarə edilməsi 18, menecment üzrə 14 nəfər müraciətçi qeydə alınıb.
Kamran Əsədov bildirir ki, əgər tələbə qiyabi və əyani-qiyabi təhsil alırsa, amma həmin ixtisas Azərbaycanda yalnız əyani əsaslarla təşkil olunursa, bu zaman diplom tanınmır.
"Yekun olaraq, əgər xaricdə tədris olunan ixtisas Azərbaycanda hər hansı bir ixtisasla ekvivalentlik (bərabərlik) təşkil etmirsə, təhsil qiyabi (Ukrayna xaric) və ya distant əsaslarla tədris olunursa, diplom və diplom əlavəsi leqallaşmırsa, universitet öz ölkəsində tanınmırsa, həmin diplomlar Azərbaycanda da tanınmayacaq. Yəni tələbə ixtisas seçimi edərkən onun tədris formasına da fikir verməlidir. Qiyabi təhsil alanlar həmin ölkənin ərazisində azı 15 gün, əyani təhsil alanlar isə 90 gün ərzində qalmalıdırlar. Əgər onların semestr ərzində təhsil aldıqları müddət bundan az olarsa, onların da diplomlarının tanınmasından imtina olunur. Təəssüflər olsun ki, xaricdə təhsil alan azərbaycanlıların yarısının diplomu ölkəmizdə tanınmır. Buna səbəb isə bəzən xaricdə təhsil şirkətləri, bəzən isə tələbə məlumatsızlığından olur", ekspert bildirdi.
Azərbaycanda 52 ali təhsil müəssisəsində, ümumillikdə, 163.779 tələbə təhsil alır. Bu tələbələrin 141.274-ü ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyur.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























