Qanunsuz balıq ovlayan 953 nəfər saxlanıldı

İki ildə qanunsuz balıq ovu ilə məşğul olan 953 nəfər saxlanılıb, 326 fakt üzrə cinayət işi qaldırılıb. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Son iki il ərzində Su Nəqliyyatında Polis İdarəsinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə keçirdiyi nəzarət tədbirləri zamanı Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və ölkənin daxili su hövzələrində istifadəsi qanunla qadağan edilmiş 133 000 metr uzunluğunda sintetik tor, ov alətləri zərərsizləşdirilib.
Su Nəqliyyatında Polis İdarəsi və Dövlət Ekoloji Təhlükəsizlik Xidməti balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxsləri balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən çəkinməyə, balıq ovu ilə bağlı qanunvericiliyin və müvafiq qaydaların tələblərinə ciddi əməl etməyə, eyni zamanda su hövzələrini çirkləndirməməyə çağırır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib